vaxtlı-vaxtında oxuyun! Cümə, 19 aprel 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Mustafa Kamal Atatürk (1881 - 1938)

«Milli mənliyini itirmiş cəmiyyət, başqa millətlər üçün ovdur»

Mustafa Kamal Atatürk (1881 - 1938)
ELM-TƏHSİL, DİN  
15:33 | 14 avqust 2017 | Bazar ertəsi Məqaləyə 3796 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

İslam Universitetində magistratura pilləsi yaradılıb

BİU-da tələbə qəbulunda da artım var

MÖVZU İLƏ ƏLAQƏLİ

Bakı İslam Universitetində (BİU) magistratura pilləsi yaradılıb. 2017-ci ildə ilk qəbul keçirilib. Bunu universitetin prorektoru Elçin Həsənli bildirib. Onun deməsinə görə, «Dinlər tarixi» və «İslamşünaslıq» üzrə magistratura qəbulu keçirilib.

«Hər ixtisas üzrə 6 magistr qəbul olunması nəzərdə tutulur. İmtahanlar keçirilib, amma nəticələr məlum deyil, yaxın günlərdə o da məlum olar», - E.Həsənli bildirib.

E.Həsənli deyib ki, universitetə tələbə qəbulunda da dəyişiklik var. Qəbul planı 125 nəfərdən 150 nəfərə qaldırılıb.

Xatırladaq ki, Bakı İslam Universiteti 1992-ci ildə yaradılıb, rektoru Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədr müavini Hacı Sabir Həsənlidir.

Son illər ölkə qanunvericiliyinə bir sıra dəyişikliklər edilərək xaricdə dini təhsil alanlara məhdudiyyət qoyulub. Onlar Qafqaz Müsəlmanları İdarəsi ilə razılaşdırmadan indi Azərbaycanda dini mərasimlər icra edə bilməzlər.

Qanunvericiliyə edilən bu kimi dəyişikliklər ölkənin milli təhlükəsizlik məsələləri ilə izah edilib.