vaxtlı-vaxtında oxuyun! Şənbə, 20 aprel 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Seyid Cəfər Pişəvəri (1892 - 1947)

«Ancaq topların ağzından açılan atəş haqq sözüdür»

Seyid Cəfər Pişəvəri (1892 - 1947)
BÖHRAN  
15:34 | 14 avqust 2017 | Bazar ertəsi Məqaləyə 2222 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

«Şimali Koreyanı 15 dəqiqəyə yer üzündən silərik»

«Orda nə bir şəhər, nə bir kənd, nə də bir insan qalacaq»

MÖVZU İLƏ ƏLAQƏLİ

ABŞ-da CBS və CNN telekanallarının keçirdiyi sorğunun nəticələri belədir: Vətəndaşların böyük əksəriyyəti Şimali Koreyanı ölkələri üçün İŞİD-dən də ciddi təhlükə hesab edir.

«Tramp Pxenyanın öhdəsindən gələcəkmi?» sualına isə onların 61 faizi şübhə etdiyini deyib.

Ağ Ev rəhbəri isə növbəti dəfə növbəti dəfə Şimali Koreyanı hədələyib. Tramp ordunun hər an hərəkətə keçə biləciyini deyib. Əlavə edib ki, əgər Quam adasındakı ABŞ hərbi bazalarına qarşı hər hansı bir addım atılarsa, bu Pxenyanın sonu olacaq.

«Şimali Koreyanı 15 dəqiqəyə yer üzündən silərik», - deyə Tramp bildirib.

ABŞ-ın yüksək çinli hərbçiləri də məsələ ilə bağlı fikirlərini bölüşüb. Hərbi Hava Qüvvələri qərargahının keçmiş rəis müavini Tom Makkinerni qeyd edib ki, əgər Pxenyandan  Seula bir artilleriya mərmisi atılsa, Kim Çen In ağlına belə gətirmədiyi dəhşətli nüvə zərbəsinin gücünü görəcək. «Orda nə bir şəhər, nə bir kənd, nə də bir insan qalacaq», - deyə general sərt danışıb.

Hərbi ekspert Ralf Piters isə deyib ki, onun özü müharibə istəmir, lakin Şimali Koreya ABŞ-a qarşı təhlükədir. Onun nüvə proqramına son qoyulmalıdır, belə olmasa bu təhlükə daha da böyüyəcək. «Müharibə başlasa Pxenyana öldürücü zərbə vurmaq lazımdır, ilk zərbə məhz belə olmalıdır və mən inanıram ki, belə də olacaq».

Tanınmış jurnalist Devid İqnatius isə bu müharibədə ABŞ-ın tək olmayacağını deyib: «Müttəfiqlər var, onlar da hərəkətə keçəcək» - deyə, o qeyd edib.