vaxtlı-vaxtında oxuyun! Cümə axşamı, 18 aprel 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Babək Xürrəmi (798 - 838)

«Bir gün azad yaşamaq, qırx il boyunduruq altında yaşamaqdan daha üstündür»

Babək Xürrəmi (798 - 838)
GÜNEY  
15:39 | 14 avqust 2017 | Bazar ertəsi Məqaləyə 2928 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

«Ağaclar dil açaydı»

Siyasi məhbus səfirləri ittiham etdi

MÖVZU İLƏ ƏLAQƏLİ

İranda çox sayda azərbaycanlı fəalın və dissidentin də işgəncə gördüyü Evin həbsxanasının adı Azərbaycan oxucusuna yaxşı tanışdır. Səid Matinpur, Saleh Kamrani kimi onlarla fəal bu həbsxanada illərlə saxlanılıb. Hazırda fəallardan Siyamək Mirzayi və Həbib Sasaniyan da dəhşətli işgəncələrlə ad çıxarmış bu həbsxanada saxlanır.

İyulun 5-də Tehranda çalışan 45 xarici ölkə səfiri Evin həbsxanasını ziyarət edib. Onların bu ziyarəti İran İslam insan hüquqları qərargahının baş katibi Kazım Xariabadi tərəfindən alqışlanıb.

«Həbsxanadakı şərait və burada xidmət edən sosial işçilər səfirləri heyran edib», - o deyib.

Ancaq siyasi məhbus Məryəm Əkbəri Monfared bu yaxınlarda Evin həbsxanasını ziyarət etmiş xarici ölkə səfirlərinə açıq məktub yazaraq bəyan edib ki, Evində və İranın digər həbsxanalarında məhbusların minimal insan hüquqlarına belə sayğı göstərilmir.


«İran həbsxanalarının bəzəkli üzü olub»

 

«Sizin gördüyünüz yalnız İslam Respublikasının həbsxanalarının bəzəkli üzü olub», – deyə xanım Əkbəri Monfared səfirlərə xatırladıb.

İranın müxtəlif həbsxanalarında saxlanmış, hazırda Evin həbsxanasında səkkizinci ilini keçirən Məryəm Əkbəri Monfared daha sonra yazır: «Hörmətli səfirlər, sizin Evin həbsxanasını ziyarət edərkən çəkilmiş şəkillərinizi görəndə dərhal arzuladım ki, kölgəsində söhbət etdiyiniz o uca, qol-budaqlı ağaclar dil açaydı və lap balaca şitil olduqları vaxtlardan bəri gördüklərini sizə danışa biləydi. O zaman onlar ora çox sayda məhbusun qanının töküldüyünü deyə bilərdilər».

Məryəm Əkbəri Monfared 2009-cu ilin dekabrında «Allaha qarşı çıxmaq» ittihamı ilə 15 il müddətinə həbs edilib. «Amnesty International» (AI) insan haqları təşkilatı hesab edir ki, onun həbsi yalnız İranda qadağan olunmuş Xalq Mücahiddin Təşkilatının üzvü olan qohumlarına zəng vurması və bir dəfə İraqda onları ziyarət etməsi ilə bağlı olub.

Məryəm Əkbəri Monfared 2009-cu ilin dekabrından həbsdə saxlanılır.

Məryəm Əkbəri Monfared in bacısı Roğieh və qardaşı Abdulrza 1988-ci ildə heç bir məhkəməsiz, gizli şəkildə edam olunan bir neçə siyasi məhbusun arasında olub.

 

Onları kütləvi qəbirlərə atıblar

 

«Amnesty International»ın bildirdiyinə görə, daha sonra onları adların qeyd olunmadığı kütləvi qəbirlərə atıblar:

«Edam olunanların çoxu siyasi səbəblərə görə həbs edilənlər idi. Onların arasında söz, birləşmə və toplaşma azadlığı hüquqlarından dinc şəkildə yararlandıqlarına görə illərini həbsdə keçirmiş şəxslər vardı».

Xanım Əkbəri Monfared öz məktubunda həbsxanada keçirdiyi son səkkiz il ərzində «qələminin ifadə etməyə qadir olmadığı» şərait və anlara şahid olduğunu yazır.

Hazırda Evin həbsxanasında saxlanan siyasi məhbusların sözlərinə görə, qırmızı xalı ilə qarşılanmış səfirlərə həbsxananın müəyyən yerləri göstərilməyib.

Əkbəri Monfared öz məktubunda Xaribabadinin sözlərini də tənqid edib.

«Həbsxananın şəraiti belə əladırsa, onda niyə BMT-nin keçmiş xüsusi məruzəçisi Əhməd Şahəddin və indiki məruzəçi Əsma Cahangirin nəinki həbsxanaya, İrana girişinə icazə vermədin?», – deyə o sual edib.

 

«Çörək üstündə davaları görmüşəm»

 

Məryəm Əkbəri Monfared Xaribabadinin həbsxanada mövcud olan «dəyərli» səhiyyə xidmətlərindən danışmasına da toxunub: «O həmin həbsxana deyildimi ki, cənab Möhsün Doğmehçi tibb xidmətinin olmamasına görə xəstələndi və qiymətli həyatını itirdi? Yoxsa cənab Hoda Saberin qiymətli həyatını həmin bu Evin həbsxanasında təcili klinikaya göndərilmədiyinə görə itirdiyi yalandır?».

Siyasi məhbus daha sonra bildirir ki, İran həbsxanalarındakı dözülməz şərait təkcə Evinlə məhdudlaşmır.

«Mən ...həbsxananın xüsusi mühafizəçiləri tərəfindən dəyənəklə döyülən zəif, bədbəxt qadınları görmüşəm. Mən həbsxananın ...yeməkxanasında yemək və çörək üstündə düşən davaları görmüşəm», – o yazır.

«Həbsxanada yemək o qədər az idi ki, ac məhbuslar sinilərdə qalmış, yerə tökülmüş yemək artıqlarını yığmağa, artıqlara görə dalaşmağa məcbur olurdular».

Daha öncə Nobel Sülh Mükafatı laureatı Şirin Əbadi də BMT-nin İranda insan hüquqları üzrə xüsusi məruzəçisinə məktubunda 45 xarici səfirin Evin həbsxanasına dövlətin təşkil etdiyi ziyarətini tənqid etmişdi.