vaxtlı-vaxtında oxuyun! Çərşənbə axşamı, 16 aprel 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Səttar Xan (1866 - 1914)

«Türk milləti böyük bir daşa bənzər, çox gec qızar və gec də soyuyar»

Səttar Xan (1866 - 1914)
MƏMLƏKƏT  
16:49 | 14 avqust 2017 | Bazar ertəsi Məqaləyə 4048 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

33 şəhər və rayon internetsiz qalacaq

Texniki işlər gecə saatlarında aparılacaq

MÖVZU İLƏ ƏLAQƏLİ

Sabahdan etibarən Azərbaycanın bəzi rayonlarında internetin verilişində fasilələr yaranacaq. Bu barədə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Məlumata görə, «Aztelekom» MMC “aztelekom.net” internet provayderinin resurslarının çatışmazlığının aradan qaldırılması, sürətli və keyfiyyətli internet xidmətlərinin təmin edilməsi məqsədilə daha müasir avadanlıqlar quraşdırır.

Sabahdan etibarən Abşeron, Ağdam, Ağsu, Balakən, Cəlilabad, Sumqayıt, Şirvan, Füzuli, Gəncə, Göyçay, Hacıqabul, Kürdəmir, Tərtər, Zaqatala, Lənkəran, Lerik, Masallı, Mingəçevir, Naftalan, Ucar, Daşkəsən, Neftçala, Qax, Qazax, Qobustan, Quba, Xaçmaz, Qusar, Salyan, Samux, Şamaxı, Şəki, Yardımlı rayonları üzrə işlər aparılacaq.

Texniki yenilənmə işləri ilə əlaqədar 15 avqust saat 02:00-dan 08:00-dək qeyd olunan rayonlarda internet təchizatında müəyyən fasilələr yarana bilər.