vaxtlı-vaxtında oxuyun! Cümə axşamı, 25 aprel 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Üzeyir bəy Hacıbəyov (1885 - 1948)

«Əgər asudəlik istəyirsənsə, vaxtını hədər yerə itirmə»

Üzeyir bəy Hacıbəyov (1885 - 1948)
TOP OYUNLARI  
22:44 | 14 avqust 2017 | Bazar ertəsi Məqaləyə 2225 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

«Rəqibi tanıyırıq»

«Kopenhagen»in baş məşqçisi: «Qarabağ»ın hücum «üçlüy»ünü xüsusi qeyd edərdim»

MÖVZU İLƏ ƏLAQƏLİ

UEFA Çempionlar Liqasının pley-off mərhələsi çərçivəsində «Qarabağ»ın qonağı olacaq Danimarkanın «Kopenhagen» klubunun baş məşqçisi Stole Solbakken oyunöncəsi mətbuat konfransında iştirak edib. Futbolinfo.az xəbər verir ki, norveçli mütəxəssis öncə oyunla bağlı fikirlərini bildirib:

- Hava normaldı. Meydançanı hələ görməsəm də, eşitdiyim qədər ilə yaxşı vəziyyətdədi. Rəqibi tanıyırıq. Keyfiyyətli komandadı. Xüsusilə, ev oyunlarında yaxşı çıxış edirlər. Çalışacağıq ki, sabahkı oyundan sərfəli nəticə ilə ayrılaq.


- Komandanızda bir neçə itki var. Xüsusilə, mərkəz müdafiəçinizin olmaması sabah komandaya necə təsir edə bilər?

- Erik Yohansson zədəlidi. Ancaq onun boşluğunu dolduracaq oyunçumuz var. Əlimizdə olan futbolçularla maksimum nəticə qazanmağa çalışacağıq.


- «Qarabağ» artıq Çempionlar Liqasının cari mövsümündə 4 oyun keçirib. Rəqibin hansı xüsusiyyəti sizi daha çox narahat edir?

- Hücum «üçlüy»ünü qeyd edərdim. Bu oyunçuların hər biri matçın taleyini həll edəcək futbolçulardı. Lakin «Qarabağ» bu oyunçulardan ibarət deyil. Rəqibin də bizim kimi yaxşı Avropa təcrübəsi var.


- Vaxtilə baş tutmuş Norveç - Azərbaycan oyununda (5:0) 2 qol vurmuşduz. Həmin oyunda «Qarabağ»ın baş məşqçisi Qurban Qurbanov da çıxış etmişdi. Düşünmürsüz ki, bu amil rəqibdə sizə qarşı qisas hissi yarada bilər?

- Karyeram ərzində çox qol vurmuşam. Hamısını xatırlamıram (gülür). Şübhəsiz, Azərbaycana vurduğum qolları xatırlayıram. Bu, mənim millidə ilk qollarım idi. Ancaq bu oyundansa, Bakıda keçirilən və 1:0 hesabıyla qalib gəldiyimiz matçı daha yaxşı xatırlayıram. Bu qələbəylə dünya çempionatına vəsiqəni təmin etmişdik.