vaxtlı-vaxtında oxuyun! Cümə axşamı, 25 aprel 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Məhəmməd Əmin Rəsulzadə (1884 - 1955)

«İnsanlara hürriyət
Millətlərə istiqlal»

Məhəmməd Əmin Rəsulzadə (1884 - 1955)
GÜNDƏM  
22:39 | 14 avqust 2017 | Bazar ertəsi Məqaləyə 2310 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Amerikanın nüvə raketləri Azərbaycanda?

İlham Əliyev: «Azərbaycan əməkdaşlıq üçün məkandır, rəqabət üçün deyil»

MÖVZU İLƏ ƏLAQƏLİ

«Amerikanın kiçik uçuş müddətinə malik nüvə başlıqları bu yaxınlarda Gürcüstanda, Azərbaycanda və Ermənistanda peyda ola bilər», - bu barədə Rusiyada dərc olunan «Versiya» qəzetində işıq üzü görmüş «Şərqi Avropada orta və qisa mənzilli raketlərin yerləşdirilməsinə Moskva nə ilə cavab verəcək» məqaləsində deyilir.

Nəşrin bildirdiyinə görə, Moskva artıq indidən amerikalıların hərəkətinə adekvat cavab verməlidir.

Virtualaz.org-un əməkdaşı Azərbaycan Silahlı Qüvvələrinin hərbi akademiyasının müəllimi, polkovnik Xətai Baxışovdan bu məlumatı şərh etməyi xahiş edib. Hərbi ekspert bildirib ki, bu informasiya həqiqətə uyğun deyil.

«Gürcüstanda Amerika bazalarının yerləşdiriləcəyi ilə bağlı məlumat artıq faktdır, Azərbaycana gəlincə, belə məlumata malik deyiləm. Ölkəmiz neytral siyasət yürüdür, heç bir hərbi bloka daxil olmur və düşünmürəm ki, rəsmi Bakı Amerika raketlərinin Azərbaycanda yerləşdirilməsinə razılıq versin. Azərbaycan prezidenti İlham Əliyev dəfələrlə bildirib ki, Azərbaycan əməkdaşlıq üçün məkandır, rəqabət üçün deyil», - ekspert deyib.