vaxtlı-vaxtında oxuyun! Cümə axşamı, 21 sentyabr 2017
ABŞ dolları 1 USD = 1.7007 AZN
Avro 1 EUR = 2.0421 AZN
Rusiya rublu 1 RUB = 0.0293 AZN
İngilis funt sterlinqi 1 GBP = 2.2982 AZN
Türk lirəsi 1 TRY = 0.4878 AZN
Heydər Əliyev (1923 - 2003)

«Müstəqillik yolu qədər çətin yol yoxdur»

Heydər Əliyev (1923 - 2003)
AKTUAL  
16:22 | 15 avqust 2017 | Çərşənbə axşamı Məqaləyə 894 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

...Onlar kimlərdir və nə işlə məşğuldur...

Lukaşenko ilə yaxınlıq edən nüfuzlu azərbaycanlı oliqarxlar ...

MÖVZU İLƏ ƏLAQƏLİ

Minskin Çervensk bazarı ilə üzbəüz yeni biznes-mərkəzin tikintisi gedir. Məşhur Belarus arxitektoru Boris Şkolnikovun layihəsi əsasında inşa edilən mərkəzin investorları azərbaycanlı biznesmenlərdir.

Virtualaz.org xəbər verir ki, bunlar Belarus prezidenti Aleksandr Lukaşenko ilə yaxınlıq edən nüfuzlu biznesmenlərdir və Azərbaycanda da bir sıra iri tikinti layihələri həyata keçiriblər. Biznesmenlərdən biri uzun illərdir Azərbaycanın yol-nqliyyat infrastrukturu layihələrinin həyata keçirilməsində podratçı kimi iştirak edir, yəni büdcə pullarından sanballı «tikə» qoparanlardan biridir.

Belarus mənbələri bildirir ki, 2016-cı ilin sonlarında Minskin Mayakovsk və Aransk küçələrinin kəsişməsində yeddimərtəbəli inzibati binanın tikintisi başlayıb. Bu bina çayın kənarında, Polesskoy küçəsində yerləşəcək. 7.5 min kvadrat metr sahəyə malik olacaq binada ofislər, ictimai obyektlər, yeraltı parkinq olacaq. Obyektin tikintisi 2019-cu ilin mayında başa çatmalıdır.

Tikintinin sifarişçisi «Sudotexnologiya» MMC-dir. Minskin Lenin rayon administrasiyasından deyiblər ki, torpaq sahəsi 2012-ci ildə investisiya müqaviləsi əsasında, yəni tender keçirilmədən bu şirkətə verilib. Daha sonra «Sudotexnologiya» ərazidəki tikililəri söküb və 2016-cı ildə tikinti meydançası qurulub. Habelə bütün bu illər ərzində şirkətin səhmdarları da dəyişib. Hazırda «Sudotexnologiya» MMC-yə hərəsi 50 faiz paya sahib olmaqla azərbaycanlı biznesmenlər Vasif İsmayılov və Aqibət Məmmədov nəzarət edirlər.

Vasif İsmayılov bu şirkətlə yanaşı daha bir neçə şirkətin sahibidir. Həmin şirkətlər bir sıra Belarus-Azərbaycan layihələri reallaşdırıblar. Məsələn, 2009-cu ildə prezident Lukaşenko hərracdan kənar qaydada 1.3 hektar torpaq sahəsini İsmayılovun «Azneman» şirkətinə ayırıb. Bu, Minskin o vaxtkı rəhbəri Mixail Pavlovun xahişi ilə baş verib. Həmin ərazidə bir neçə ay əvvəl «Abşeron» çoxfunksiyalı kompleksi açılıb. Kompleksdə restoran, habelə «Azərbaycan Ticarət Evi» fəaliyyət göstərir.

2013-cü ildə isə İsmayılovun «Ulugöyçə» MMC şirkəti Bakıda Belarusun yeni səfirliyinin binasını tikib təhvil verib. Binanın açılışında Azərbaycan və Belarus prezidentləri iştirak ediblər. İsmayılovun adı Azərbaycanın tikinti kompleksinin inkişafına görə təltif olunanlar arasındadır.

«Sudotexnologiya» MMC şirkətinin ikinci təsisçisi Aqibət Məmmədov da tikinti sektorunun iri oyunçularından biridir.  O, «Gəncə Körpü Tikinti-2» ASC-nin sahibidir. Bu şirkət Azərbaycanda uzun illərdir körpülərin, avtomobil yollarının, su xətlərinin və s. tikintisini həyata keçirir, büdcədən ən çox pul alan podratçılardan biridir.

Aqibət Məmmədov Gədəbəy rayonunun Şınıx bölgəsindəndir, hələ sovet dövründən inşaatda çalışıb və sonradan «Gəncə Körpü Tikinti-2» ASC-ni özəlləşdirib, şirkətin direktorlar şurasının sədridir. Lakin onun fəaliyyəti təkcə büdcə pulları hesabına yol-nəqliyyat layihələrinin tikintisini həyata keçirməklə bitmir, Aqibət Məmmədovun bir sıra xarici ölkələrdə də aktivləri, biznesi (məsələn, Dubayda otellər) var.


   

şərhləri göstər

DİQQƏT!

Əziz oxucular. Mövzudan kənar, müəllifin şəxsinə və təhqir sözlər olan şərhlər yolverilməzdir. Sadaladıqlarımızdan savayı bütün fikirləriniz bizim üçün dəyərlidir.

Hələlik rəy yoxdur.

Şərh əlavə etmək

* Daxil edilməsi vacibdir
(göstərilməyəcək)
 
Smile Sad Huh Laugh Mad Tongue Crying Grin Wink Scared Cool Sleep Blush Unsure Shocked
 
1000 ədəd
 
Yeni şərhlər barədə mənim email ünvanıma məlumat göndər.
 
Mənim blankımdakı məlumatları bu kompüterin yaddaşında saxla.
 
Mən şərtləri. oxuyub tanış olmuşam və qəbul edirəm *