vaxtlı-vaxtında oxuyun! Şənbə, 20 aprel 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Mustafa Kamal Atatürk (1881 - 1938)

«Türk oğlu əcdadını tanıdıqca, daha böyük işlər görmək üçün özündə güc tapacaq»

Mustafa Kamal Atatürk (1881 - 1938)
TOP OYUNLARI  
21:58 | 15 avqust 2017 | Çərşənbə axşamı Məqaləyə 2505 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

«Qarabağ» qalib gəldi

Ağdamlılar evdə qol buraxmamaqla «Kopenhagen»lə revanşda böyük üstünlük əldə etdi

MÖVZU İLƏ ƏLAQƏLİ

Bu gün UEFA Çempionlar Liqasında pley-off mərhələsinin ilk oyunları keçirilib. Futbolinfo.az xəbər verir ki, Azərbaycanı qitənin ən nüfuzlu klub turnirində təmsil edən «Qarabağ» da növbəti matçına çıxıb. Hansı ki, ölkə futbolu tarixində ilk dəfə bu raundda təmsil olunuruq. Ardıcıl 4 dəfə ölkə çempionu olan Ağdam klubu qrup mərhələsinə vəsiqə qazanmaq uğrunda mübarizədə «Kopenhagen»lə görüşüb. Danimarka təmsilçisi ilə ilk matç Bakıda baş tutub.

Tofiq Bəhramov adına Respublika stadionunda keçirilən ilk görüşü italiyalı hakimlər briqadası idarə ediblər. Matç təmsilçimiz üçün uğurlu alınıb. 90 dəqiqə ərzində xeyli qol vəziyyəti yaradan və rəqibindən daha üstün futbol sərgiləyən təmsilçimiz təəssüf ki, sadəcə, bir qolla kifayətlənib. Lakin istənilən halda bu qələbə "Qarabağ"ın ÇL-in qrup mərhələsinə vəsiqə qazanması üçün yaxşı şans yaradır. Bunun üçün təmsilçimizə səfərdə heç-heçə də bəs edəcək.

Qeyd edək ki, «Qarabağ»la «Kopenhagen» arasında cavab oyunu avqustun 23-də keçiriləcək. Cütün qalibi Çempionlar Liqasının, məğlub olan isə Avropa Liqasının qrup mərhələsində oynayacaq.


UEFA Çempionlar Liqası

Pley-off mərhələsinin ilk oyunu

15 avqust


«Qarabağ» - «Kopenhagen» 1:0

Qol: M.Mədətov, 25.

Sarı vərəqə: B.Verbiç, 71. D.Amankva, 90+3.

Hakimlər: Paolo Talyavento, Alessandro Callatini, Alessandro Kostantsa

Əlavə hakim köməkçiləri: Massimiliano İrrati, Antonio Damato

Dördüncü hakim: Filippo Meli (hamısı İtaliya)

Hakim-inspektor: Frits Stuçlik (Avstriya)

UEFA nümayəndəsi: Andrey Medintsev (Bolqarıstan)

Bakı. Tofiq Bəhramov adına Respublika stadionu.


Qarabağ: 13. İbrahim Şehiç, 2. Qara Qarayev, 5. Maksim Medvedev (k), 8. Miçel, 9. Dino Ndlovu (22. Əfran İsmayılov, 90+5), 11. Mahir Mədətov, 17. Donald Gerrye, 20. Riçard Almeyda, 25. Ansi Aqolli, 52. Yakub Jezniçak, 55. Bədavi Hüseynov.

Ehtiyat oyunçular: 1. Anton Kanibolotski, 7. Rahid Əmirquliyev, 14. Rəşad Sadıqov, 30. Abbas Hüseynov, 32. Elvin Yunuszadə, 91. Coşqun Diniyev.

Baş məşqçi: Qurban Qurbanov.

Kopenhagen: 25. Robin Olsen, 3. Pyer Benqtsson, 6. Uilyam Kvist (k), 7. Benyamin Verbiç (14. Nikolay Tomsen, 86), 8. Uroş Matiç, 9. Federiko Santander, 11. Andriya Pavloviç (28. Pieros Sotiriu, 74), 20. Nikolay Boylesen, 22. Peter Ankersen, 24. Yussef Tutu (32. Danni Amankva, 68), 27. Mixael Lüftner.

Ehtiyat oyunçular: 1. Stefan Andersen, 15. Mikael Antonsson, 17. Kasper Kusk, 18. Mads Roerslev.

Baş məşqçi: Stole Solbakken.