vaxtlı-vaxtında oxuyun! Şənbə, 20 aprel 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Barış Manço (1943 - 1999)

«İnsanlar hər zaman qəhrəman ola bilməzlər, ama hər zaman insan ola bilərlər»

Barış Manço (1943 - 1999)
TOP OYUNLARI  
03:50 | 16 avqust 2017 | Çərşənbə Məqaləyə 2962 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

UEFA reytinqimizə 0.25 xal gəldi

«Qarabağ» qalib gəldi, Azərbaycan...

MÖVZU İLƏ ƏLAQƏLİ

Çempionlar Liqasının pley-off mərhələsinin ötən gecə baş tutan ilk oyunları Azərbaycanın UEFA reytinqindəki mövqeyinə ciddi təsir göstərməyib. Futbolinfo.az xəbər verir ki, ölkəmiz bu siyahıda əvvəlki mövqeyində qalıb.

Ötən gün Azərbaycanın avrokuboklarda mübarizəni davam etdirən yeganə təmsilçisi - «Qarabağ» növbəti oyununu keçirdi. Doğma meydanda Danimarka «Kopenhagen»i ilə qarşılaşan əyalət klubu 1:0 hesabıyla qalib gəldi. Bu qələbə ölkəmizin xal ehtiyatının yaxşılaşmasına səbəb oldu. Ağdam klubu Azərbaycanın reytinqinə daha 0.250 xal yazdırdı.

Hazırda UEFA reytinqində 55 ölkə arasında 22-ci pillədəyik. Azərbaycanın hesabında 17.625 reytinq xalı var. Onun 2.875 xalı (1.125 «Qarabağ», 0.750 «İnter», 0.625 «Zirə», 0.375 «Qəbələ»nin payına düşür) cari mövsümdə qazanılıb. Bizdən öndə qərarlaşan Rumıniyanın 18.650 reytinq xalı var və 2 təmsilçisi mübarizəni davam etdirir. Azərbaycanı 17.250 xala malik Belarus izləyir. Bu ölkənin isə bizim kimi, cəmi 1 təmsilçisi yoluna davam edir.

Onu da əlavə edək ki, klublarımızın təsnifat mərhələsindəki istənilən qələbəsi Azərbaycana 0.250 reytinq xalı qazandırır. Heç-heçə isə 0.125 xal verir. Qrup mərhələsində heç-heçə 0.250, qələbə 0.500 xalla qiymətləndirilir.