vaxtlı-vaxtında oxuyun! Şənbə, 20 aprel 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Əbülfəz Elçibəy (1938 - 2000)

«Dil uğrunda mübarizə millətin son - ölməmək mübarizəsidir»

Əbülfəz Elçibəy (1938 - 2000)
TOP OYUNLARI  
04:02 | 16 avqust 2017 | Çərşənbə Məqaləyə 3182 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

«1:0 sürüşkən hesabdır»

Mahir Mədətov: «Rəqibimizin adı, gücü ortadadır»

MÖVZU İLƏ ƏLAQƏLİ

UEFA Çempionlar Liqasının pley-off mərhələsi çərçivəsində debüt edən «Qarabağ» Danimarka «Kopenhagen»i ilə ilk oyundan 1:0 hesablı qələbə ilə ayrıldı. Futbolinfo.az xəbər verir ki, oyunda yeganə qolun müəllifi olan və UEFA-nın versiyasına görə matçın ən yaxşısı seçilən «Qarabağ»ın hücumçusu Mahir Mədətov qarşılaşmadan sonra jurnalistlərin suallarını cavablandırıb:


- Qələbə topunun müəllifi olacağına inanırdınmı?

- Mənim üçün də sürpriz oldu. Amma yaxşı sürprizdir. Belə uğura nail olduğuma görə sevinirəm. Lakin hər şey həll olunmayıb. Hələ qarşıda cavab oyunu var. Bu matça da yaxşı hazırlaşmalıyıq.


- Qolu vurarkən deyəsən, tərəddüd edirdiz?

- Hə, qol vuran zaman bir anlıq fikirləşdim ki, ofsayd da ola bilər. Amma yan xətt hakiminin meydanın mərkəzini göstərdiyini gördüm.


- Cavab oyunundan nə gözləyirsiz?

- Çətin olacağı aydındır. Rəqibin üstünlüyü azarkeşləri önündə oynamaq olacaq. Biz də mərhələ adlamaq üçün əlimizdən gələni edəcəyik. Tarix yazmaq üçün gücümüzü səfərbər edəcəyik.


- İkinci hissədə komanda yoldaşlarınızın qaçıdrıdğı qol epizodları oldu. Buna görə təəssüflənmirsiz?

- Ən azı iki topla qələbə qazansaydıq, daha yaxşı olardı. Çünki 1:0 hesabı bir qədər sürüşkəndir. İstənilən halda, hesab arasındakı fərq böyük olsaydı belə, arxayınlaşmaq olmazdı. Rəqibimizin adı, gücü ortadadır.

 

- Rəqibi indi daha yaxından tanıyırsız. «Qarabağ» Kopenhagendə bugünkü duelin ikinci hissəsindəki oyunu nümayiş etdirə biləcəkmi?

- Bunu oradakı oyun zamanı görəcəyik. İndidən nəsə demək olmaz. Bu gün yaxşı oynadıq. İndi bir qədər dincəlməliyik və çempionat oyununa hazırlaşmalıyıq.