vaxtlı-vaxtında oxuyun! Çərşənbə, 24 aprel 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Heydər Əliyev (1923 - 2003)

«Müstəqillik yolu qədər çətin yol yoxdur»

Heydər Əliyev (1923 - 2003)
TOP OYUNLARI  
04:07 | 16 avqust 2017 | Çərşənbə Məqaləyə 3118 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

«Rəqibimiz çətin komandadır»

Riçard Almeyda: «Çempionlar Liqasında kiçik, zəif anlayışı yoxdur»

MÖVZU İLƏ ƏLAQƏLİ

Tarixində ilk dəfə UEFA Çempionlar Liqasının pley-off mərhələsinə vəsiqə qazanan «Qarabağ» Danimarka «Kopenhagen»i ilə ilk oyunda qələbə qazandı. Futbolinfo.az xəbər verir ki, Ağdam klubunun aparıcı yarımmüdafiəçisi Riçard Almeyda minimal hesabl qalib gəldikləri qarşılaşmadan sonra jurnalistlərin suallarını cavablandırıb:


- Rahatlaşmısınız, yoxsa yenə oyundan əvvəlki hissləri daşıyırsız?

- Qətiyyən rahatlaşmamışıq. Çünki qarşıda daha bir 90 dəqiqə var. Belədə hansı rahatlıqdan danışmaq olar. Bilirik ki, rəqibimiz çətin komandadır. Vacib addım atdıq, amma tam addım atmamışıq. Fikrimizi cavab oyununa yönəltmişik. Səfərdəki matçdan sonra nəsə demək olar.


- Rəqib öz meydanında nədə təhlükə yarada bilər? Bugünkü oyunda «Qarabağ» üstün idi. Bəs səfərdə onların üstünlüyü nə və ya nələr ola bilər?

- Bilirsiz, bizim onlardan açıq-aşkar güclü olduğumuzu demək çətin məsələdi. Çünki hər komandanın öz oyun dəsti xətti var. Bizim oyun üslubumuz belə, onlarınkı isə elədi. Yenə deyirəm, onlardan aşkar güclü olduğumuzu səsləndirmək düzgün olmaz. Çempionlar Liqasında kiçik, zəif komanda anlayışı yoxdur.


- Premyer Liqa oyunlarında daha emosional olursuz. İstənilən kobudluğa qarşı aqressiv reaksiya verirsiz. Amma avrokuboklarda tamamilə sakit olursuz. Bu, baş məşqçinin tapşırığıdı?

- Belə düşünürsüz? Onda oyunları bir qədər də diqqətli izləməlisiz.