vaxtlı-vaxtında oxuyun! Şənbə, 20 aprel 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Seyid Cəfər Pişəvəri (1892 - 1947)

«Ancaq topların ağzından açılan atəş haqq sözüdür»

Seyid Cəfər Pişəvəri (1892 - 1947)
SƏHİYYƏ, ORDU  
15:02 | 16 avqust 2017 | Çərşənbə Məqaləyə 3638 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

LAHAT hədəfi vurur rahat

Azərbaycanın Mi-17 vertolyotları və gəmiləri İsrail raketləri ilə zərbə endirir

MÖVZU İLƏ ƏLAQƏLİ

Azərbaycan Dövlət Sərhəd Xidmətinin bu günlərdə Xəzərdə keçirdiyi hərbi təlimlər xarici bloqqerlərin diqqətini cəlb edib. Buna səbəb təlimlərdə iştirak edən Mi-17 çoxtəyinatlı hərbi-nəqliyyat vertolyotlarının şərti dəniz hədəflərinə İsrail istehsalı olan tank əleyhinə yarımaktiv lazer tuşlama sistemili LAHAT (SkyBow) raketləri ilə zərbə endirməsidir.

Virtualaz.org xəbər verir ki, Diana Mixaylovanın hərbi tematikadan bəhs edən bloqunda (http://diana-mihailova.livejournal.com/) Dövlət Sərhəd Xidmətinin təlimlərdən yaydığı görüntülərə əsasən Azərbaycanın Mi-17 vertolyotlarını LAHAT raketləri ilə təchiz etdiyi qeyd olunur.

Vertolyotlar hərəsində 4 raket olmaqla iki buraxılış qurğusu və hədəfi elektron-optik aşkar etmək, raketləri hədəfə tuşlamaq üçün nəzərdə tutuan MOSP-3000D stansiyası ilə təchiz olunub.

Bildirilir ki, Azərbaycan LAHAT raketlərinin vertolyot variantını İsraildən sifariş edən ilk xarici ölkədir. Bu raketləri Israel Aerospace Industries (IAI) şirkəti istehsal edir. Şirkət 2013-cü ildə LAHAT raketlərinin vertolyot variantının təchizatına dair iri sifariş aldığını bildirib, ancaq sifarişçinin kimliyini açıqlamamışdı.

2014-cü ildə IAI şirkəti LAHAT raketlərinin xüsusi olaraq modernləşdirilmiş Mi-8 vertolyotunda uğurla sınaqdan keçirildiyin elan edib. Həmin sınaqlar zamanı 10 kilometrə qədər məsafədən hədəflərə 8 raket buraxılıb. Bu zaman vertolyot yerdən 92 metrdən 1830 metrə qədər fərqli yüksəkliklərdə uçub. Hədəflərin hamısı vurulub.

LAHAT (Laser Homing Attack or Laser Homing Anti-Tank) tank əleyhinə raketləri ötən əsrin 90-cı illərində işlənib hazırlanıb. Raketlərin vertolyot variant ilk dəfə 2004-cü ildə təqdim edilib.

Azərbaycanın bu raketlərə malik olduğu haqda xəbərlər hələ bir  il əvvəldən yayılmışdı. Bmpd bloqu silahlı qüvvələrin LAHAT raketləri ilə təchiz olunmuş Mi-17 vertolyotlarının fotosunu dərc etmişdi.

Hərbi ekspertlərə görə LAHAT raketləri ilə silahlanmış Mi-17 vertolyotları döyüş meydanında tanklara qarşı kifayət qədər effektiv döyüş apara bilər. Bu raketlər imkan verir ki, havadan tanklara 13 kilometrə qədər məsafədən dəqiq zərbələr endirilsin.

Qeyd edək ki, DSX-nin paylaşdığı fotolara əsasən təlimlərdə təkcə LAHAT raketlərinin vertolyot variantı tətbiq edilməyib, «Spike NLOS» tank əleyhinə raketlərinin uzaqmənzilli versiyası ilə atışlar da həyata keçirilib.

Belə ki, təlimlərdə «Tufan» (OPV-62/SAAR-62) layihəli gözətçi gəmisindən «Spike» idarə olunan raket ailəsinin 25 km mənzilə sahib «Spike NLOS» versiyası ilə sahildəki hədəfə atışın həyata keçirildiyi əksini tapıb.

«Rafael» şirkətinin istehsalı olan ultra-uzun məsafəli «Spike NLOS» (Non Line of Sight) görünüş zonasından uzaqda qalan hədəfləri vurmaq üçün nəzərdə tutulub. Raketin ümumi çəkisi təqribən 70 kq-dır. Hədəfi 95 faiz dəqiqliklə vuran «Spike NLOS» həm gəmilərdən, həm yerdən, həm də vertolyotlardan atıla bilər. Raketlərdə kumulyativ, yaxud fuqas tipli döyüş başlığından istifadə olunur. Raketin izləmə kamerası sayəsində atışdan sonra uçuş trayektoriyası üzrə bütün görüntüləri idarəetmə mərkəzinə ötürür. Bu informasiyalar əsasında, ehtiyac yarandıqda raketin hədəf bilgilərini dəyişdirmək mümkündür.

Azərbaycan İsrail istehsalı olan tank əleyhinə raketlərin bir neçə modifikasiyasına malikdir. Bu raketlər ötən ilin aprelində Qarabağda gedən döyüşlərdə uğurla tətbiq olunmuşdu və Ermənistan ordusunun tanklarla əks-hücumlarını boşa çıxarmışdı. Ermənistan Müdafiə Nazirliyi həmin döyüşlərdə 16 tank itirdiyini rəsmən təsdiq edib.