vaxtlı-vaxtında oxuyun! Şənbə, 23 sentyabr 2017
ABŞ dolları 1 USD = 1.7008 AZN
Avro 1 EUR = 2.0342 AZN
Rusiya rublu 1 RUB = 0.0294 AZN
İngilis funt sterlinqi 1 GBP = 2.3097 AZN
Türk lirəsi 1 TRY = 0.4864 AZN
Heydər Əliyev (1923 - 2003)

«Müstəqillik yolu qədər çətin yol yoxdur»

Heydər Əliyev (1923 - 2003)
DÜNYA  
11:06 | 17 avqust 2017 | Cümə axşamı Məqaləyə 712 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

«YouTube» «bığla saqqal arasında» qalıb

Məşhur video portal İŞİD videolarını yaymaqda təqsirləndirilir

MÖVZU İLƏ ƏLAQƏLİ

«The Times» qəzeti yazır ki, «YouTube» saytı əvvəllər İraq-Şam İslam Dövlətinə (İŞİD) bağlı qüvvələrin potensial səfərbərləri radikallaşdıran videolarını yaymaqda ittiham edilib. Lakin indi bu sosial video platformasını İŞİD-ə aid materialları senzura etməkdə günahlandırırlar.

Tənqidçilər deyirlər ki, bir çox videoların zorakılıq səhnələrinə görə avtomatik şəkildə silinməsi İŞİD-in Suriyada törətdiyi vəhşiliklərin sübutlarını məhv edir.

«YouTube» saytının qaydalarına görə zorakılığı görüntüləyən videoların bu platformada saxlanması o zaman məqsədəuyğun sayılır ki, belə videoların ilkin təyinatı «təhsil, sənədli və elmi materiallar və ya səhnə sənəti ilə bağlı olsun».

Amma indi tədqiqatçılar və müşahidəçilər deyirlər ki, münaqişəyə aid mühüm sənədli videolar yox edilir.

 

Məzmun avtomatik silinir?

 

«YouTube» saytı ötən ay bildirmişdi ki, zorakı ekstremizm və terrorla bağlı məzmunu aşkar edib avtomatik olaraq platformadan silən müasir texnologiya tətbiq edir.

Lakin Londondakı «King's College» Universitetindən araşdırmaçı və «Bellingcat» təhqiqat saytının qurucusu Eliot Hiqqins (Eliot Higgins) iddia edib ki, «YouTube» saytının haqqında danışdığı texnologiya münaqişəyə dair əvəzsiz videomaterialları da məhv edir.

Alim deyib ki, yeni sistem hətta illərdir bu saytda olan videoları da yoxlayırmış.

«Suriya müxalifəti üçün bu o deməkdir ki, onun son 5 ildə yüklədiyi az sayda videoya görə yüzlər və minlərlə videosu olan kanallar tamamilə pozulub», - deyib alim.

Məqalədə deyilir ki, ABŞ koalisiyasının Suriya, İraq və Liviyadakı hava zərbələrini kataloqlaşdıran QHT-nin rəhbəri Kris Vuds (Chris Woods) təşkilata aid üç videonun «YouTube»dan silindiyini deyib.

O, «The Times» qəzetinə deyib ki, videolara şəxsən baxıb. Bu videolar yüksək məsafədən çəkilib və onlarda nə cəsəd, nə də qanlı səhnələr olub.

 

Bəzi «səhvlər olub»

 

«Bu, müharibənin tarixçəsidir. Münaqişə zonasında adi medianın olmadığına görə suriyalılar əllərindəki materialları sosial platformalara yükləyiblər», - deyib Vuds.

«YouTube» zorakı videoların silinməsi prosesində bəzi səhvlərə yol verildiyini etiraf edib.

Şirkətin bəyantında deyilir: ««YouTube» dünya hadisələrinin sənədləşdirilməsi üçün çox güclü alətdir və bizim hansı məzmunun məqbul olduğuna dair aydın siyasətimiz var».

«Biz bir sıra yeni texnologiyalar tətbiq etmişik və onların daha da təkmilləşdirilməsi ilə məşğuluq. Əlbəttə, saytımızdakı videoların nəhəng sayına görə bu prosesdə səhvlərə də yol verilir», - deyib «YouTube».

«YouTube» bildirib ki, əgər müraciət olarsa, səhvən silinmiş materialları bərpa edə bilər.

«The Times» yazır ki, o vaxtdan bəri «Airways» və «Bellingcat» tərəfindən postalanmış bir sıra videolar bərpa olunub.


   

şərhləri göstər

DİQQƏT!

Əziz oxucular. Mövzudan kənar, müəllifin şəxsinə və təhqir sözlər olan şərhlər yolverilməzdir. Sadaladıqlarımızdan savayı bütün fikirləriniz bizim üçün dəyərlidir.

Hələlik rəy yoxdur.

Şərh əlavə etmək

* Daxil edilməsi vacibdir
(göstərilməyəcək)
 
Smile Sad Huh Laugh Mad Tongue Crying Grin Wink Scared Cool Sleep Blush Unsure Shocked
 
1000 ədəd
 
Yeni şərhlər barədə mənim email ünvanıma məlumat göndər.
 
Mənim blankımdakı məlumatları bu kompüterin yaddaşında saxla.
 
Mən şərtləri. oxuyub tanış olmuşam və qəbul edirəm *