vaxtlı-vaxtında oxuyun! Çərşənbə, 24 aprel 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Barış Manço (1943 - 1999)

«Keçmişini tanımayan bugününü anlaya, sabahını isə qura bilməz»

Barış Manço (1943 - 1999)
AMERİKA  
11:37 | 17 avqust 2017 | Cümə axşamı Məqaləyə 2812 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Neft ölkəsində səfalət

Ac əhali zooparklardakı heyvanları yeyir

MÖVZU İLƏ ƏLAQƏLİ

Dünyanın neftlə ən zəngin ölkələrindən olan Venesuelada davam etməkdə olan dərin iqtisadi-siyasi böhranın nəticəsi olaraq aclıq çəkən əhali zooparklardan heyvanları oğurlayıb yeyir.

Virtualaz.org «Reuters»ə istinadən xəbər verir ki, ölkənin qərbindki Sliya ştatında hakimiyyət orqanları zooparkdan heyvanların oğurlanması hallarını araşdırır. Polis hesab edir ki, heyvanları aclıq çəkən əhali oğurlayıb.

Xəbərə görə sonuncu dəfə zooparkdan iki maral oğurlanıb. Bundan bir neçə həftə əvvəl isə buyvol da daxil olmaqla onlarla növ vəhşi heyvan oğurlanmışdı. «Biz hesab edirik ki, onları yemək üçün oğurlayıblar», - yerli polisin nümayəndəsi Luis Morales bildirib.

Venesuelada milli valyutanın tamamilə dəyərsizləşməsi, hiperinflyasiya, idxal mallarının qəhətə çəkilməsi, siyasi böhran və ara verməyən iğtişaşlar nəticəsində ölkə kollapsla üzləşib. Əhali aclıq çəkir, xüsusən əyalətlərdə insanlar yeməyə heç nə tapmır. Yüzlərlə uşağın yetərincə qidalanmama nəticəsində öldüyü haqda məlumat var. Paytaxt Karakasda zibil yeşiklərini eşələyib yemək axtaran insanların sayı hər gün artır.