vaxtlı-vaxtında oxuyun! Çərşənbə axşamı, 23 aprel 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Mustafa Kamal Atatürk (1881 - 1938)

«Türk oğlu əcdadını tanıdıqca, daha böyük işlər görmək üçün özündə güc tapacaq»

Mustafa Kamal Atatürk (1881 - 1938)
BÖHRAN  
12:34 | 17 avqust 2017 | Cümə axşamı Məqaləyə 2642 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Erməni «general» Raqqada parça-parça oldu

Qarabağda döyüşmüş radikal solçu Nubar Ozanyan «faciəli şəkildə» məhv edildi

MÖVZU İLƏ ƏLAQƏLİ

Suriyada, İŞİD-in «paytaxtı» Raqqa uğrunda gedən döyüşlərdə YPG kürd silahlı birləşmələrinin komandiri, «Orxan Bakırçıyan» ləqəbli Nubar Ozanyan öldürülüb.

Virtualaz.org kürd və türk qaynaqlarına istinadən xəbər verir ki, Nubar Ozanyan Türkiyədə fəaliyyəti qadağan olunmuş Kommunist partiyasının liderlərindən biri olub, ötən əsrin 90-cı illərinin əvvəllərində (1991-1992) Qarabağda gedən döyüşlərdə ermənilərin tərəfində iştirak edib.

Terrorçu Ozanyanın neçə vaxtdır Suriyada Türkiyədən gedən PKK tərəfdarlarına təlim keçilməsinə rəhbərlik etdiyi bildirilir, o, qondarma «general» rütbəsinə də malik olub. YPG və PYD kürd birləşmələri PKK-ya bağlıdır, hazırda bu qruplaşmalar İŞİD-ə qarşı döyüşən əsas hərbi gücdür və Amerika tərəfindən dəstəklənir. Bu yaxınlarda Pentaqon YPG və PYD dəstələrinə yüzlərlə TIR dolu silah-sursat verib. Kürdlərdən ibarət Suriya Demokratik Qüvvələri alyansı Raqqaya hücuma keçib və şəhərin bir hissəsini nəzarət altına alaraq İŞİD terror qruplaşması ilə şiddətli döyüşlər aparır.

Kürd mənbələri bildirir ki, Nubar Ozanyan avqustun 14-də artilleriya mərmisinin partlaması nəticəsində «faciəli şəkildə» həlak olub. Onun cəsədi parça-parça olub, bir çox parçaları tapılmayıb. Nubar Ozanyanın öldürülməsi ilə bağlı Avropa ölkələrindəki PKK tərəfdarlarına onun xatirəsini anmaq üçün tədbirlərin təşkil olunması tapşırılıb.