vaxtlı-vaxtında oxuyun! Cümə, 29 mart 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Məhəmməd Əmin Rəsulzadə (1884 - 1955)

«Bir kərə yüksələn bayraq bir daha enməz!»

Məhəmməd Əmin Rəsulzadə (1884 - 1955)
AVROPA  
10:47 | 18 avqust 2017 | Cümə Məqaləyə 2840 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

İspaniyanın daha bir şəhərində ard-arda partlayışlar

Ölən və yaralananlar var

MÖVZU İLƏ ƏLAQƏLİ

İspaniyanın Alkanar şəhərində sutka ərzində iki partlayış baş verib, ölən və yaralananlar var. APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, birinci partlayış narkotik vasitələrinin istehsalı laboratoriyasında baş verib. Nəticədə bir nəfər ölüb, 7 nəfər yaralanıb.

İkinci partlayış nəticəsində bir neçə nəfər yaralanıb. Onların arasında polis əməkdaşlarının olduğu bildirilir. Bir nəfərin vəziyyəti kritikdir. Təfərrüatlar açıqlanmır.

Kataloniya polisinin rəisi Xosep Luis Trapero Alkanardakı partlayışların Barselonadakı partlayışlarla əlaqəli olduğunu istisna etməyib.

Terror aktı ilə bağlı iş üzrə şübhəli şəxslərdən biri məhz Alkanarda həbs edilib.

Qeyd edək ki, ötən gün Barselonanın mərkəzindəki piyadalar üçün nəzərdə tutulmuş Rambla küçəsində naməlum şəxsin idarə etdiyi yük maşınının kütləyə çırpılması nəticəsində 12 nəfər ölüb. Terror aktını törətməkdə şübhəli bilinən 2 şəxs saxlanılıb.