Putinin siyasi və iqtisadi tankı «Rosneft»
Qərb dövlətlərinin hədəfində ilk növbədə gələn nəhəng rus maşını
MÖVZU İLƏ ƏLAQƏLİ
-
“Yenilməz batareya” məhv oldu
Ukrayna ordusu Krımdakı “S-400”lərin birini vurub
-
“Özünü müdafiə hüququ çərçivəsindədir”
NATO Ukraynanın Rusiya ərazisini bombalamağa yaşıl işıq yandırıb
-
95 milyard dollarlıq yardım
ABŞ Ukrayna, İsrail və Tayvana fantastik məbləğ ayırdı
-
“NATO həmişəkindən daha güclüdür”
“Ukrayna müharibəsi təhlükəsizliyin regional deyil, qlobal olduğunu göstərdi”
-
Ukraynada çağırış yaşı aşağı salındı
Zelenski uzun müddətdir yubatdığı qanunu imzaladı
-
“Kerç partlayacaq”
Ukrayna müharibədə bütün balanslar dəyişməyə qərarlıdır
-
“Rusiya gələcəyini Pekinə girov qoyub”
Yens Stoltenberq: “Ukraynanın yeganə dəstəkçisi ABŞ deyil”
-
ABŞ terrordan qabaq işarə vermişdi
Putin qeyri-qanuni miqrasiyaya qarşı təhlükəsizlik tədbirlərinin artırılmasını əmr edib
-
Dezinformasiya yayanlara sanksiya
Fransa XİN Rusiya şirkətlərini hədələdi
-
Rusiya ordusunda kritik dəyişiklik
Hərbi Dəniz Qüvvələrinə və Qara Dəniz Donanmasına iki təyinat
-
Tanekoya PUA zərbələri
Ukrayna Rusiyanın əsas neft emalı zavodunu vurdu
-
Rusiyaya PUA hücumu
“Shaded-136”lar istehsal olunan zavodda partlayış baş verib
-
150 minlik ordu
Rusiyada növbəti səfərbərlik üçün yaş həddi artırıldı
-
“Qətliam olacaq”
“85 il əvvəl 200 min rus əsgərini öldürmüşdük”
-
“Havana sindromu” – sirr pərdəsi aralanır
Dünyanın səbirsizliklə gözlədiyi hesabat dərc olundu
-
Ukraynaya 1,5 tonluq bomba atıldı
SSRİ zamanı istehsal Termobarik raket döyüşdə ilk dəfə istifadə olunur
Rusiyanın dövlət neft konserni «Rosneft» Kremlin dünyada «yaşıl adamcıqlar», nüvə raketləri, «Armata» tankları qədər effektiv silahıdır. Rusiya dünya siyasətində hegemonluğu bərpa etməyə məhz «Qazprom» və «Rosneft» kimi şirkətləri gücləndirərək başlayıb. Bu şirkətlərin qarşısında duran qurumlar isə bir-bir əzilib.
Son günlərdə Almaniyanın keçmiş kansleri Gerhard Şröderin «Rosneft»in İdarə heyətində işə düzəlməsi alman mətbuatının, o cümlədən siyasətçilərinin ciddi tənqidinə səbəb olub. Onlar sentyabr ayında keçiriləcək seçkilər öncəsində Rusiya rəhbərliyinin bu addımının ölkədaxili siyasi proseslərə müdaxilə hazırlığında olduğu qənaətindədirlər: «Bu zamana qədər «Rosneft» Qazprom qədər qonşu ölkələrlə (xüsusilə Ukrayna) və Qərb dövlətləri ilə siyasi münaqişələrə girişmirdi. Lakin son dövrlərdə neft konsernin fəaliyyətinə göz atdıqda Kremlin iqtisadiyyatla siyasəti bir-birindən ayırmaqdığını açıq şəkildə görmək olar», Almaniyanın «Sueddeutsche Zeitung» qəzetindən Yulian Hans yazır.
Müəllif xirtdəyə qədər borcun içində olmasına rəğmən «Rosneft»in Venesuela hökumətinə 6 milyard dollarlıq kredit ayırmasını da eyni strategiyanın təzahürü hesab edir. «Rosneft» bundan başqa Liviya, Misir və İraq kimi ölkələrdə də ciddi aktivlik nümayiş etdirir, onlara böyük məbləğdə kreditlər ayırır.
Alman mətbuatını əsas narahat edən «Rosneftin» ölkənin iqtisadi və siyasi həyatının mühüm oyunçularından birinə çevrilmək istəyidir. Belə ki, bu ilin may ayına «Rosneft»in Berlindəki şöbəsinin binasının açılışı zamanı konsernin rəhbəri İqor Seçin Almaniyaya yaxın 5 il ərzində 600 milyon avro vəsait yatıracağını bildirib. Hazırda «Rosneft» Almaniyanın neft emalı sənayesinin üçdə bir hissəsinə, Almaniyanın aldığı xammal neftin dörddə bir hissəsinə sahibdir.
Ölkəyə investisitya qoyulması baxımından əslində müsbət hesab ediləcək bu addım alman siyasətçilərinin üzünü güldürmür.
Çünki «Rosneft» hər şeydən öncə iqtisadi maraqları deyil, dövlətdən aldığı Kremlin siyasi məqsədlərini həyata keçirən orqan kimi qəbul olunur.
Yəni Qərb üçün Rusyanın Müdafiə nazirliyi, FTX, Xarici Kəşfiyyat Xidməti nədirsə «Rosneft» də eyni funksiyanı icra edən təşkilatdır.
Yulian Hansın məqaləsində şirkətin rəhbəri İqor Seçinin vaxtilə Rusiya prezidenti kimi DTK-nın kadr zabitlərindən olduğu, Putinin Sankt-Peterburqda Sobçakın administrasiyasında vitse-mer vəzifəsini tutarkən onun köməkçisi vəzifəsində işlədyi, daha sonra Kreml administrasiyasında dövlətin energetika siyasətini kurasiya edən şəxsə çevrildiyi, Putinin ikinci dəfə baş nazir olduğu vaxtda isə hökumətdə onun müavini vəzifəsini tutduğu vurğulanır.
Bundan başqa 2003-cü ildə Mixail Xodorkovskiyə məxsus YUKOS şirkətinin məhkəmə sistemi və xüsusi xidmət orqanları tərəfindən yox edilməsi sayəsində onun aktivlərinin qeyri-qanuni olaraq «Rosneft»ə keçdiyi və məhz həmin vaxtdan qurumun Rusiyanın ən iri neft şirkətinə çevrildiyinə diqqət çəkilir.
Məqalədə «Rosneft»in bununla da doymayaraq ölkədəki bütün özəl neft şirkətlərini ya xoşluqla, ya da zorla ilhaq etdiyi göstərilib: «Məsələn 2014-cü ildə Yevgeni Yevtuşenkov ona məxsus olan «Başneft» şirkətindən «Rosneft»in xeyrinə zorla əl çəkdirilməyə məcbur edilmişdi. Yevtuşenkov məhz bunun sayəsində Mixail Xodorkovski kimi uzaq Sibirdə həbsxana həyatından canını qurtara bilib. Lakin «Rosneft» indiyə qədər ondan əl çəkmir və əlavə 2,5 milyard dollar pul tələb edir», - yazıda iddia olunub.
Yazıda «Rosneft»lə bağlı keçən həftə daha bir səs-küylü məhkəmə işinin başlandığına yer verilib. Bu Rusiyanın keçmiş iqtisadiyyat naziri Aleksey Ulyukayev barəsində korrupsiya ittihamı ilə keçirilən məhkəmə prosesidir. Keçmiş nazir İqor Seçinlə girişdiyi mübarizənin əvəzini ağır ödəyir: «Nə qədər heyrətamiz olsa da, İqor Seçin hazırda Putindən sonra ölkədə 2-ci qüdrətli adam sayılır. Öz hakimiyyətinin malik olduğu miqyasa görə ona Putin hakmiyyətinin «Dart Veyderi» («Ulduz müharibələri» filminin antoqonist qəhrəmanlarından biri-red) deyirlər», - Yulian Hans yazır.
Məqalə müəllifi Şröderin Seçin kimi adamdan başqa «Rosneft»in qəsbkarlıq siyasətini həyata keçriən Oleq Feoktistov kimi başqa bir kəşfiyyatçı ilə çalışacağını bildirir. Oleq Feoktistov FTX-nın keçmiş generalıdır. 2016-cı ildən o, «Rosneft»in təhlükəsizlik xidmətinə rəhbərlik edir.
Almanlar Rosneft kimi şirkətlərin ölkə iqtisadiyyatına gətirəcəyi «xeyirləri» indidən görürlər. Bu səbəbdən onlar Şröderə hazırda «sapı özündən olan balta kimi» baxırlar.