vaxtlı-vaxtında oxuyun! Bazar, 19 noyabr 2017
ABŞ dolları 1 USD = 1.7002 AZN
Avro 1 EUR = 2.0070 AZN
Rusiya rublu 1 RUB = 0.0285 AZN
İngilis funt sterlinqi 1 GBP = 2.2488 AZN
Türk lirəsi 1 TRY = 0.4410 AZN
Heydər Əliyev (1923 - 2003)

«Xalq gərək daim öz kökünü xatırlasın»

Heydər Əliyev (1923 - 2003)
RƏY, REPLİKA  
12:31 | 24 avqust 2017 | Cümə axşamı Məqaləyə 1010 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Fotosintezlə nəfəs alan «müxalifət»

Niyə adam balası kimi sevinməyə imkan vermirsiniz?

Rəşad BABALI

MÖVZU İLƏ ƏLAQƏLİ

«Qarabağ»ın böyük uğuruna ağız büzənlərin baxın demək olar hamısı müxalif adamlardı. Bu nəyin kafasıdır, arkdaşlar? Siz nəyə qarşı gəlirsiniz? Bir az sürətinizi alın. Bu qələbə İlham Əliyevdən çox bizə lazımdı. Çünki özümüzə inam lazımdı. Qanırsınızmı? Eşitmədim. Qanırsınızmı?

Adam balası kimi sevinməyə niyə imkan vermirsiniz? Hər şeyin içinə «gül» qoymağa söz vermisiniz? O nə düşük arqumentlərdi siz Allah. Qarabağın sponsoru «Azersun» monopolistmiş. Alə, ay fotosintezlə nəfəs alan məxluqat, ölkə tamamilə monopoliyadadı. Sizin səfeh arqumentlərinizə qalsa gərək millət toy eləməsin. Ay siyasi dustaqlarımız var, ay təhsil belədir, səhiyyə elə. Kimsə toy eləsə gətirib bu problemləri arsızcasına gözünə soxarsınız. Bəlkə də soxubsunuz. Amma özünüz toy edəndə isə riyakarcasına dediklərinizin tərsini edibsiniz.

Milli qürur hissindən xəbərdarsınızmı? Bu ölkənin problemi təkcə siyasi məhbuslar deyil, həm də Qarabağdır. Hakimiyyət təbliğatı bunun içinə nə qədər «tort» qoysa da əsas problemlərdən biridir, bəlkə də birincisi. Bilirəm ki «humanist» duyğularınıza görə əhəmiyyətsizdi Qarabağ. Bəziləriniz var ki, deyərlər çox da sevinməyək, birdən ermənilər inciyər. Axı siz «humanist»ikdən başqa həm də, «haymanist»siniz.

Guya Allah qoymasa hər şeydə şəffaflıq axtarırsınız, demokratik dəyərlərə sadiqsiniz. Yalansa demokratik ilan vursun sizi. Dəfələrlə böyük klubların qaranlıq maliyyə siyasətləri gündəmə gəlib. Şikə (oyunların rüşvətlə alınması) hadisələri idman mediasının əsas mövzularındandır. Bunlar hətta ən demokratik. gözümüzə soxduğunuz ölkələrdə belə baş verir. İndi onlar azarkeşlik etməsinlər, qürur duymasınlar?

Sizin üçün həyatdan dad almaq necə olur? Milli duyğulardan ehtizaza gəlmək «zapadlo»dumu? Liberal dəyərlərə ziddi milli olmaq? Bayrağımın mötəbər yerlərdə dalğalanmasında alacağım zövq bu qədərmi pisdir? 

Seyid Lazım ağa, Mirmövsüm Ağa, Şıxeyb Baba, Pirsaat piri haqqı artıq bezdirmisiniz. Əlinizdən adam balası kimi çay da içmək olmur. Sonra deməyin ki, xalq bizi almır. Niyə alsın axı. Üz qoyubsunuz ki?


   

şərhləri göstər

DİQQƏT!

Əziz oxucular. Mövzudan kənar, müəllifin şəxsinə və təhqir sözlər olan şərhlər yolverilməzdir. Sadaladıqlarımızdan savayı bütün fikirləriniz bizim üçün dəyərlidir.

Hələlik rəy yoxdur.

Şərh əlavə etmək

* Daxil edilməsi vacibdir
(göstərilməyəcək)
 
Smile Sad Huh Laugh Mad Tongue Crying Grin Wink Scared Cool Sleep Blush Unsure Shocked
 
1000 ədəd
 
Yeni şərhlər barədə mənim email ünvanıma məlumat göndər.
 
Mənim blankımdakı məlumatları bu kompüterin yaddaşında saxla.
 
Mən şərtləri. oxuyub tanış olmuşam və qəbul edirəm *