vaxtlı-vaxtında oxuyun! Çərşənbə axşamı, 23 aprel 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Barış Manço (1943 - 1999)

«İnsanlar hər zaman qəhrəman ola bilməzlər, ama hər zaman insan ola bilərlər»

Barış Manço (1943 - 1999)
TOP OYUNLARI  
13:09 | 24 avqust 2017 | Cümə axşamı Məqaləyə 2593 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Yaz, Məmmədov, yaz!

Bu adam boş dayanmaz

FƏRİD

MÖVZU İLƏ ƏLAQƏLİ

Nə əcəb Elxan Məmmədov hələ yazı yazmayıb? Axı, son vaxtlar o da tez-tez jurnalistlik bacarığını göstərir. Yeni bir şey olan kimi özünü ağıllı göstərir, futboldakı yeniliklərin Azərbaycanda tətbiq perspektivlərini müzakirə edir, hər olaya münasibət bildirir.

Yəqin dünən «Qarabağ»ın qələbəsini unutmaq üçün dilxorçuluqdan çox vurub, yatıb qalıb. Ya da üzü olmayıb «Qarabağ»ı qarşılamaq üçün hava limanına getsin. Bu uğuru adına çıxa bilməyəcək axı. Şuralaşma ilə məhv etdiyi Azərbaycan futbolunda monopoliyasına ala bilmədiyi Ağdam klubu onu heç həndəvərinə buraxmır. Yaxşısı budur, bir yazı yazıb, özünü gözə soxsun. Yazsın ki, «Neftçi»ni məhv etməsəydim, «Qarabağ» çempion olub, ÇL-ə yollana bilməzdi.

Bu gün ölkə başçısının qəbuluna yollanacaq «Qarabağ»ın qafiləsinə də onu yaxın buraxan olmayacaq. Çünki prezidentlə görüşə qəhrəmanlar, ən pis dönəmdə ən yüksək nəticə qazananlar yollanacaq, Azərbaycan futbolunu məhv edənlər yox.

AFFA-nın baş katibi yəqin ki, indi öz dəstəsini başına yığıb bu fürsətdən də yararlanmaq istəyir. Hamının başı «Qarabağ»a qarışmışkən «Neftçi»yə təcili şəkildə baş məşqçi gətirmək, öz adamlarını klubda möhkəmlətmək üçün planlar cızır. Boş dayanmaz.