vaxtlı-vaxtında oxuyun! Cümə axşamı, 25 aprel 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Şah İsmayıl Xətai (1487 - 1524)

«Söz vardır kəsdirir başı,
Söz vardır kəsər savaşı»

Şah İsmayıl Xətai (1487 - 1524)
TOP OYUNLARI  
13:40 | 24 avqust 2017 | Cümə axşamı Məqaləyə 2669 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

«Çıxıb oynayacağıq»

Qurban Qurbanov: «Arzu etdiyimiz və ya çəkindiyimiz rəqib yoxdu»

MÖVZU İLƏ ƏLAQƏLİ

24.08.17 - Qurban Qurbanov: «Arzu etdiyimiz və ya çəkindiyimiz rəqib yoxdu»...

«Bütün azarkeşlərimizi, xalqımızı təbrik edirəm. Bir qədər çətin oyun keçdi. Düşünürəm ki, əsl final matçı idi».

Bu sözləri Çempionlar Liqasının pley-off mərhələsində Danimarkada «Kopenhagen»i mübarizədən kənarlaşdırandan sonra (1:0, 1:2) Bakıya qayıdan «Qarabağ»ın baş məşqçisi Qurban Qurbanov deyib.

Hava limanında jurnalistlərin önünə çıxan Qurbanov sevinc hissini bölüşüb: «Belə oyunlar bizə ancaq fayda verir. Çempionlar Liqasının qrup mərhələsinə yüksəldik. İlk dəfə idi ki, bu turnirin pley-off mərhələsində iştirak edirdik. Allaha şükürlər olsun ki, hər şey bizim tərəfimizdə oldu. Hisslərimi tam olaraq sözlə ifadə edə bilmərəm».

Qurbanov daha sonra jurnalistlərin suallarını cavablandırıb.


- Sizi ilk təbrik edən kim oldu?

- Yadımda deyil (gülür).


- Final fitindən sonra emosiyalarınızı, göz yaşlarınızı saxlaya bilmədiniz...

- Düzdü, belə hal oldu. Normaldı. İşimizdə belə məqamlar da olur.


- İbrahim Şehiçin buraxdığı ilk qoldakı səhvindən sonra bir anlıq nə düşündünüz?

- Səhvsiz futbol olmur. Qollar hamısı səhvlərdən sonra əmələ gəlir. Buna görə də, xüsusi bir şey düşünmədim.


- Qrup mərhələsində arzuladığınız rəqib varmı? Püşkdə kimlərin «Qarabağ»la eyni qrupda yer almasını istərdiniz?

- Arzu etdiyimiz, çəkindiyimiz rəqib yoxdu. Kiminlə eyni qrupa düşəcəyiksə, çıxıb oynayacağıq.


- Azərbaycanlı futbolsevərlər sevinclərindən gecə yata bilməyiblər. Onlara nə sözünüz var?

- Hər birinə təşəkkür edirəm. Düşünürəm ki, bu uğurumuz Azərbaycan xalqına futbolu daha da sevdirdi. Azarkeşlərimiz şadlanırlar, bundan sonra futbola maraq daha da artacaq. Biz futbolu onlar üçün oynayırıq. Hər birini təbrik edirəm. Fikrimcə, son oyunlar bizi daha da möhkəmləndirəcək.