vaxtlı-vaxtında oxuyun! Çərşənbə, 24 aprel 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Heydər Əliyev (1923 - 2003)

«Dünya ümumiyyətlə quruculuqla, tikib-yaratmaqla yaşayıb, inkişaf edib»

Heydər Əliyev (1923 - 2003)
AMERİKA  
17:46 | 24 avqust 2017 | Cümə axşamı Məqaləyə 2846 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

«Sürüş burdan»

Hillari Klinton ona arxadan çox yaxınlaşan Tramp haqda: «Rədd ol, murdar, əl çək məndən...»

MÖVZU İLƏ ƏLAQƏLİ

ABŞ prezidenti Donald Tramp qadınları qorxudan, onlara gözünü dikən yaramaz murdarın biridir. Virtualaz.org xəbər verir ki, bu fikirlər prezidentliyə keçmiş namizəd Hillari Klintonun «Nə baş verdi» adlı yeni kitabında yer alır. Kitaban audiofraqmenti MSNBS telekanalı «Morning Joe» proqramında səsləndirib.

«Prezidentliyə namizədlərin ikinci debatı gedirdi və Donald Tramp həmişə nəyə görəsə məndən arxaya keçirdi. Bundan iki gün qabaq bütün dünya onun qadınlara sataşmağı ilə necə fəxr etdiyini eşitmişdi. İndi biz onunla balaca səhnədə tək idik, mən hara gedirdimsə o arxamca gedirdi, məndən gözünü çəkmirdi, sifət ifadələri qururdu. Olduqca qeyri-komfort vəziyyət yaranmışdı, o, sözün hərfi mənasında mənim kürəyimdə nəfəs alırdı. Tüklərim biz-biz olmuşdu. Bu, həmin məqamlardan biri idi ki, ətrafdakılardan soruşasan: «Axı nə edək?». Sakit qalıb gülümsəyək və elə görkəm yaradaq ki, o sənin şəxsi məkanına təcavüz etməyəcək? Yaxud geri dönüb düz onun gözünün içinə baxaq və aydın şəkildə deyək: «Əl çək, murdar. Uzaqlaş məndən. Mən bilirəm sən qadınları qorxutmağı sevirsən, lakin məni qorxuda bilməzdən, ona görə də sürüş burdan», - Hillari Klinton kitabında yazır.