

Kristian Vigenin Minsk qrupu həmsədrlərini tənqid etdi
Bakı üçün seçkisonrası kritik bir ay; Ermənistanda Azərbaycandakı erkən seçkilərdən dolayı post-aprel xofu güclənir
Gələn il Qarabağ üçün ümidli nə vəd edir?
2018-ci ildə - münaqişənin 30 illiyində işğalçı ölkənin ağır blokadadan çıxıb-çıxmayacağı müstəsna olaraq, onun özündən asılı olacaq
Yeni bir tendensiyanın iki əsas xətti
Tofiq Zülfüqarov: «... Deməli gec və ya tez digər hallar meydana gələcək»
Tofiq Zülfüqarov: «Əgər fövqəldövlətlər torpqalrın işğaldan azadlığını təmin edə bilmirsə, daha doğrusu istəmirsə, ...»
Kreml bu il də problemin həllində aparıcı əngəl olaraq qaldı; amma təkcə Rusiyamı?
Əslində nə «Lavrov planı», nə də «Putin planı» mövcuddur
Elmar Məmmədyarov: «Lakin irəliləyişə mane olan məqamlar var»
ATƏT-in baş katibindən gözlənilməz etiraf
Elmar Məmmədyarov: «Hətta tələb edirik ki, konkret nəticələr olsun»
Nazir: «Azərbaycan təkid edir ki, məsələni yerindən tərpədək»»
Qədim Roma filosofu Qay Sallustiy Krispin: «Müdrik insanlar müharibəni sülh uğrunda aparır»
Serj Sərkisyan: «Səbirsizliklə İlham Əliyevlə görüşümüzü gözləyirəm»
Rusiyalı analitik: «Əsl sensasiya bu ola bilər ki, Azərbaycan danışıqlardan imtina etsin»
Rusiya və Ermənistan prezidentlərinin görüşündən sonra ATƏT-in Minsk Qrupunun amerikalı həmsədri Riçard Hoqlandın münaqişənin həlliylə bağlı fikirləri o mənada əhəmiyyətlidir ki, onun dedikləri faktiki Azərbaycanın da dəstəklədiyi münaqişənin «mərhələli həll» variantını ehtiva edir.
Birincisi, amerikalı diplomat deyib ki, Dağlıq Qarabağ ətrafındakı ərazilər boşaldılmalıdır.
İkincisi, bölgəyə sülhməramlı qüvvələr yerləşdirilməlir. Bu da çox vacib bənddir. Çünki geri qayıdan azərbaycanlılar təhlükəsizliklərinə təminat almalıdırlar.
Üçüncüsü, Hoqland Dağlıq deyib ki, Qarabağa aralıq status verilməlidir. Rəsmi Bakı bu təklifə də etiraz etmir.
Ancaq ən başlıcası amerikalı diplomatın statusla bağlı dediyi fikirdir, çünki münaqişənin indiyə qədər həll olunmaması məhz bu detalla bağlıdır. Amerikalı diplomatın sözlərindən belə başa düşdüm ki, o yekun statusun qarşılıqlı anlaşma yolu ilə müəyyənləşməsini təklif edir. Azərbaycan buna etiraz etmir. Yəni hər zaman deyilib ki, əvvəlcə imkan verin azərbaycanlılar qayıtsınlar və ermənilərlə keçmişdə olduğu birgə yaşayış imkanları bərpa olunsun, insanlar arasında mümkün qədər inam atmosferi formalaşsın, bundan sonra bölgənin yekun statusu haqında danışmaq olar. Problem ondadır ki, İrəvan hər zaman arabanı atın önünə çıxarmağa çalışır, bu da danışıqları hər zaman dalana dirəyir. İrəvan tələb edir ki, bölgənin statusunu müəyyənləşdirəcək referendum tarixi bəri başdan sülh anlaşmasında qeyd olunsun. Buna Azərbaycan heç bir halda razılaşa bilməz. Bu sonrakı müzakirələrin predmetidir.
Əlbəttə, amerikalı həmsədrin «mərhələli həll» planını dəstəkləməsi sevindirici haldır. Bunu ondan əvvəlki amerikalı həmsədr Ceyms Uorlik də deyirdi. O da bir neçə dəfə söyləmişdi ki, ilkin olaraq işğal altındakı torpaqlar boşaldılmalıdır. Problem ondadır ki, bu deyilənləri İrəvana kim qəbul etdirəcək? Vaşinqton Qarabağ problemi ilə sıx məşğul olmur, Kreml isə «mərhələli həll» planına Ermənistan hakimiyyətinin prizmasından yanaşır.
Bu arada, ABŞ-ın ATƏT-in Minsk Qrupundakı yeni həmsədri Endryu Şofer olacaq. O bir neçə gündən sonra işə başlayacaq. Bu illərdə Minsk Qrupu həmsədr ölkələrindən onlarla diplomat bu vəzifədə çalışdı, yığışdılar, ildə bir-iki dəfə bölgəyə səfərlər etdilər. Nəticə ortadadır. Əslində bir diplomatın üzərinə düşən missiyanı yerinə yetirə bilməməsi onun karyerasına mənfi təsir etməlidir. Həmsədrlərin içində ən fəalı amerikalı diplomat Metyu Brayza idi, münaqişənin səbəb və nəticələri haqqında son dərəcə bilgili idi, işinə fəal başladı, ancaq o da bacarmadı. Çünki, münaqişənin həllinin sürətləndirilməsi üçün onlar rəhbərlərindən gərəkli təlimatlar almalıdırlar.
şərhləri göstər
Əziz oxucular. Mövzudan kənar, müəllifin şəxsinə və təhqir sözlər olan şərhlər yolverilməzdir. Sadaladıqlarımızdan savayı bütün fikirləriniz bizim üçün dəyərlidir.
Şərh əlavə etmək