vaxtlı-vaxtında oxuyun! Cümə axşamı, 25 aprel 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Seyid Cəfər Pişəvəri (1892 - 1947)

«Haqqı almaq asan bir işdir, onu saxlamaq şərtdir»

Seyid Cəfər Pişəvəri (1892 - 1947)
TOP OYUNLARI  
16:46 | 25 avqust 2017 | Cümə Məqaləyə 1983 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

«Sağ olsunlar...»

«Qarabağ»ın baş meneceri: «Rəqiblərin adlarını eşidəndə adam həyəcanlanır»

MÖVZU İLƏ ƏLAQƏLİ

UEFA Çempionlar Liqasının qrup mərhələsinin ötən gün baş tutan püşkatma mərasimindən sonra «Qarabağ»ın baş meneceri Asif Əsgərov Türkiyənin Anadolu Agentliyinə açıqlama verib.

Futbolinfo.az xəbər verir ki, o, Ağdam klubunun ölkə xaricindəki bütün oyunlarında türkiyəli və azərbaycanlıların qardaşlığını gördüklərini, ÇL-in qrup mərhələsində də dəstək gözlədiklərini bildirib: «Türkiyədəki qardaşlarımıza səslənirəm, hamısına təşəkkür edirəm. Avrokuboklardakı səfər oyunlarında bizi dəstəksiz qoymurlar. «Kopenhagen»lə səfər matçına da çoxlu türkiyəli qardaşımız gəlmişdi. «İki dövlət, bir millət» olduğumuzu hər yerdə sübut edirik. Qrupdakı böyük oyunlarımızda da onlardan dəstək gözləyirik. Sağ olsunlar, bu vaxta qədər bizi dəstəkləyiblər. Qarşıdakı 3 görüşdə də bunu davam etdirəcəklərinə inanıram. İnşallah, biz də onları sevindirməyə çalışacağıq».

Əsgərov «Qarabağ»ın uğuruna toxunaraq, Azərbaycan futbol tarixinə düşdükləri üçün şad olduğunu qeyd edib: «Hədəfimiz Çempionlar Liqasının qrup mərhələsinə vəsiqə qazanmaq idi. Hazırda bunun sevincini yaşayırıq. Qrupda «Atletiko», «Çelsi» və «Roma» ilə qarşılaşacağıq. Bu komandaların adlarını eşidəndə adam həyəcanlanır. Bacardığımız qədər Azərbaycanı, klubumuzu daha yaxşı yerlərə aparmağa çalışacağıq».

«Qarabağ» rəsmisi söhbət əsnasında Türkiyənin Çempionlar Liqasındakı təmsilçisi «Beşiktaş»a da uğur arzulayıb.