vaxtlı-vaxtında oxuyun! Cümə, 24 noyabr 2017
ABŞ dolları 1 USD = 1.7002 AZN
Avro 1 EUR = 2.0123 AZN
Rusiya rublu 1 RUB = 0.0291 AZN
İngilis funt sterlinqi 1 GBP = 2.2659 AZN
Türk lirəsi 1 TRY = 0.4329 AZN
Məhəmməd Hüseyn Şəhriyar (1906 - 1988)

«Şair xalqın səsi, əsrin səsidir,
Vətənin ağsaçlı sərkərdəsidir,
Hökmüylə ordular ayağa qalxır,
Şerinin selində daşlar da axır»

Məhəmməd Hüseyn Şəhriyar (1906 - 1988)
XADİM  
19:06 | 25 avqust 2017 | Cümə Məqaləyə 562 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

«Xalqa müraciət edə bilərəm»

Ayaz Mütəllibov: «Mehriban Əliyevanın prezidentliyə namizədliyini dəstəkləməyə hazıram»

MÖVZU İLƏ ƏLAQƏLİ

«Mənim siyasi partiya yaratmaq niyyətim yoxdur. Ancaq seçkilərdə Mehriban xanım Əliyevanın namizədliyini dəstəkləməyə hazıram». Bunu eks-prezident Ayaz Mütəllibov yerli mətbuata müsahibəsində deyib.

«Mehriban xanım Əliyevanın seçkilərdə iştirak etməyinə çox müsbət baxıram. Mehriban xanımın namizədliyi üçün bütün dəstəyi verməyə də hazıram. Hətta, Mehriban xanımın namizədliyi irəli sürülərsə, onun Prezident seçilməsinə dəstək üçün açıq şəkildə mətbuatla xalqa müraciət edə bilərəm. Misal üçün, xalqa başa salmaq olar ki, Mehriban xanım Əliyevanın prezidentliyə namizəd olması Azərbaycana hansı töhfələri verə bilər», - keçmiş prezident bildirib.

Mütəllibov deyib ki, Mehriban Əliyevanın prezidentliyə namizədliyinə dəstək verməyə hazır olduğuna görə hansısa tənqidlərlə üzləşməkdən çəkinmir. «Mən bir şəxsiyyət və vətəndaş kimi Mehriban xanım Əliyevaya prezidentliyə namizəd olması üçün açıq dəstək verməyə hazıram», - o vurğulayıb.


   

şərhləri göstər

DİQQƏT!

Əziz oxucular. Mövzudan kənar, müəllifin şəxsinə və təhqir sözlər olan şərhlər yolverilməzdir. Sadaladıqlarımızdan savayı bütün fikirləriniz bizim üçün dəyərlidir.

Hələlik rəy yoxdur.

Şərh əlavə etmək

* Daxil edilməsi vacibdir
(göstərilməyəcək)
 
Smile Sad Huh Laugh Mad Tongue Crying Grin Wink Scared Cool Sleep Blush Unsure Shocked
 
1000 ədəd
 
Yeni şərhlər barədə mənim email ünvanıma məlumat göndər.
 
Mənim blankımdakı məlumatları bu kompüterin yaddaşında saxla.
 
Mən şərtləri. oxuyub tanış olmuşam və qəbul edirəm *