«Böyük ürəyə sahibdir»
Rob Sobhani: «Məhz bu keyfiyyət Mehriban xanımı unikal dövlət xadimi edir»
MÖVZU İLƏ ƏLAQƏLİ
-
Prezidentin BƏƏ-nə səfəri
BMT TŞ-da dəstək, Makron-Paşinyan cütlüyünə cavab, İran əleyhinə...
-
Azərbaycanda lüks hotellərin daha bir brendi
“The Ritz-Carlton Baku” hotelinin açılışı olub
-
140 ölkə üzrə 678 element ...
UNESCO-da kimin daha çox irs nümunəsi var?
-
270 yaşlı tarixi abidə
Şəki Xan məscidi kompleksi Heydər Əliyev Fondu tərəfindən bərpa olunub
-
Dünya İrsi Siyahısındakı “Yuxarı Baş”
Qoruqdakı təmir-bərpa işləri sayəsində Şəkinin tarixi mərkəzi bütün zənginliyi ilə göz oxşayacaq
-
Türkiyənin qorunan irsi 25-ə çatdı
Daha 4 nominasiya qeyri-maddi irs nümunələrinin siyahısına salındı
-
UNESCO irs xəzinəsinə yeni nümunələri müzakirə edir
Rabatda keçirilən sessiyanın gündəliyində Azərbaycanla bağlı irs elementləri də var
-
Prezident ailəsində toy
“Artıq bizim üç qızımız var”
-
Hamısı bir yerdə ...
... Ermənilər, UNESCO və Azərbaycan “müxalifət”i
-
UNESCO Mehriban xanımı itirdi
Ermənipərəst Azule toplantı keçirməyə ölkə tapmayanda ...
-
UNESCO Fransanın siyasətini icra edir
Azule yanaşmalarının əsasını Parisin qarayaxma kampaniyası təşkil edir
-
“Xoşməramlı səfiri vəzifəsini ...”
Mehriban Əliyeva Odri Azulaya məktub ünvanladı
-
Səmərqənddə mədəniyyət mehi
TDT ölkələrinin birinci xanımları üçün bədii proqramlar təşkil olunub
-
Qubadlının baş planı hazırdır
Prezident və birinci xanım muzeylərin təməlini qoydular
-
Zəngilan aeroportu beynəlxalq status aldı
Prezident və birinci xanım hava limanında baş çəkdi
-
Azərbaycan muğamının bayramı
Sədası artıq azad Qarabağdan, Şuşadan dünyaya yayılır...
«Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın xeyriyyəçilik fəaliyyəti qlobal əhəmiyyətə malikdir». VAXT.AZ bildirir ki, bunu «Trend»ə «Caspian Group Holdings»in (ABŞ) baş direktoru Rob Sobhani deyib.
R.Sobhani qeyd edib ki, Mehriban Əliyevanın gördüyü ictimai işlər, onun rəhbərlik etdiyi Heydər Əliyev Fondunun xətti ilə elm və təhsil, humanitar və mədəniyyət, sosial və ekologiya sahələrində həyata keçirilən çoxsaylı layihələr göstərir ki, Mehriban xanımın çox böyük ürəyi var:
«Bununla yanaşı, o, xeyriyyəçilik işinin daha çox harada zəruri olduğunu dəqiq bilir: bu, Pakistanda məktəb və ya Vaşinqtonda məhdud imkanlı uşaqlar üçün məktəb ola bilər. İstər Pakistan olsun, istərsə də Amerika, Mehriban Əliyeva sübut etdi ki, böyük ürəyə sahibdir və onun xeyriyyəçilik fəaliyyəti qlobal əhəmiyyətə malikdir. ABŞ KİV-də Mehriban Əliyeva haqqında məqalə dərc etdiyim vaxtlarda - bir neçə həftə əvvəl mənə ABŞ fondlarından çoxlu zəng gəldi. Onlar Mehriban Əliyeva və Heydər Əliyev Fondu ilə əməkdaşlıq etmək istədiklərini bildirirdilər».
O vurğulayıb ki, Mehriban Əliyeva sözdə deyil, əməldə xeyriyyəçiliklə məşğuldur: «Məhz bu keyfiyyət Mehriban xanımı unikal dövlət xadimi edir».
R.Sobhaninin sözlərinə görə, Bakıda İslam Həmrəyliyi Oyunlarının yüksək səviyyədə keçirilməsi bir daha göstərdi ki, Mehriban Əliyeva uzaqgörən rəhbər və yaxşı təşkilatçıdır, belə irimiqyaslı tədbirin təşkili kimi işin öhdəsindən asanlıqla gələ bilər: «Bakıda İslam Həmrəyliyi Oyunlarının keçirilməsi region və bütün dünyaya, xüsusilə də müsəlman dünyasına ismarıc idi ki, Azərbaycan iri tədbirləri keçirməyə hazırdır, qadirdir və ailəvi səyahət edə və özünü təhlükəsiz hiss edə biləcəyin ölkədir».