vaxtlı-vaxtında oxuyun! Cümə axşamı, 21 sentyabr 2017
ABŞ dolları 1 USD = 1.7007 AZN
Avro 1 EUR = 2.0421 AZN
Rusiya rublu 1 RUB = 0.0293 AZN
İngilis funt sterlinqi 1 GBP = 2.2982 AZN
Türk lirəsi 1 TRY = 0.4878 AZN
Məhəmməd Hüseyn Şəhriyar (1906 - 1988)

«Şair xalqın səsi, əsrin səsidir,
Vətənin ağsaçlı sərkərdəsidir,
Hökmüylə ordular ayağa qalxır,
Şerinin selində daşlar da axır»

Məhəmməd Hüseyn Şəhriyar (1906 - 1988)
GÜNDƏM  
18:04 | 26 avqust 2017 | Şənbə Məqaləyə 509 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

«Bacarıqlı dövlət xadimidir»

İSESCO-nun baş direktoru: «Mehriban Əliyeva öz ölkəsinin, xalqının və onun inkişafının qayğısına qalır»

MÖVZU İLƏ ƏLAQƏLİ

«Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın çoxşaxəli fəaliyyəti onun öz ölkəsinə, xalqına diqqət və qayğısını göstərir». VAXT.AZ bildirir ki, bunu «Trend»ə İslam Ölkələri Təhsil, Elm və Mədəniyyət Təşkilatının (ISESCO) baş direktoru Əbdüləziz bin Osman əl-Tüveycri deyib.

O qeyd edib ki, Mehriban Əliyeva dövlətçilik fəaliyyəti ilə yanaşı, Heydər Əliyev Fonduna rəhbərlik etməklə böyük ictimai işlər görür: «Fondun xətti ilə elm və təhsil, humanitar və mədəniyyət, sosial və ekologiya sahələrini əhatə edən bir çox layihələr həyata keçirilib. Bu çoxşaxəli fəaliyyət onu göstərir ki, Mehriban xanım Əliyeva öz ölkəsinin, xalqının və onun inkişafının qayğısına qalır. Şübhəsiz ki, o, bacarıqlı dövlət xadimi və görkəmli şəxsiyyətdir».

Əl-Tüveycri, həmçinin IV İslam Həmrəyliyi Oyunları Təşkilat Komitəsinin sədri kimi Mehriban Əliyevanın bu yarışların Bakıda keçirilməsində rolunun diqqətəlayiq olduğunu qeyd edib:

«Oyunların yüksək səviyyədə təşkili sayəsində bu idman tədbiri çərçivəsində İslam Əməkdaşlıq Təşkilatının üzv ölkələrindən gənc iştirakçıları bir araya gətirmək və ədalətli rəqabəti təmin etmək mümkün oldu. Bu da, öz növbəsində, müsəlman ölkələrinin həmrəyliyinin bariz nümunəsi idi. Bu tədbir Azərbaycanın sülh, tolerantlıq, şəffaflıq platforması kimi vacib rolunun daha bir nümunəsi oldu».


   

şərhləri göstər

DİQQƏT!

Əziz oxucular. Mövzudan kənar, müəllifin şəxsinə və təhqir sözlər olan şərhlər yolverilməzdir. Sadaladıqlarımızdan savayı bütün fikirləriniz bizim üçün dəyərlidir.

Hələlik rəy yoxdur.

Şərh əlavə etmək

* Daxil edilməsi vacibdir
(göstərilməyəcək)
 
Smile Sad Huh Laugh Mad Tongue Crying Grin Wink Scared Cool Sleep Blush Unsure Shocked
 
1000 ədəd
 
Yeni şərhlər barədə mənim email ünvanıma məlumat göndər.
 
Mənim blankımdakı məlumatları bu kompüterin yaddaşında saxla.
 
Mən şərtləri. oxuyub tanış olmuşam və qəbul edirəm *