vaxtlı-vaxtında oxuyun! Şənbə, 23 sentyabr 2017
ABŞ dolları 1 USD = 1.7008 AZN
Avro 1 EUR = 2.0342 AZN
Rusiya rublu 1 RUB = 0.0294 AZN
İngilis funt sterlinqi 1 GBP = 2.3097 AZN
Türk lirəsi 1 TRY = 0.4864 AZN
Heydər Əliyev (1923 - 2003)

«Dünya ümumiyyətlə quruculuqla, tikib-yaratmaqla yaşayıb, inkişaf edib»

Heydər Əliyev (1923 - 2003)
XADİM  
10:18 | 27 avqust 2017 | Bazar Məqaləyə 801 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

BirİNCİ xanım...

Ziyalı nəslin davamçısı...

Azər NİFTİYEV

MÖVZU İLƏ ƏLAQƏLİ

Şeyx Şamilə sual verirlər ki, niyə həmişə sən gələndə hamı ayağa qalxır. Cavabında «Əvvəl xanımım məni görəndə ayağa qalxırdı, sonra uşaqlar ona baxıb, ayağa durdular, sonra qohumlar, daha sonra hamı». Bu gün Azərbaycan Respublikasının birinci vitse-prezidenti Mehriban Əliyevanın ad günüdür.

Məşhur Azərbaycan yazıçısı Mircəlal Paşayevin «Bir gəncin manifesti» romanını oxuyan hər kəs onun necə böyük istedada, incə qəlbə malik olduğunu aydın görür. Və ya Nəsir İmanquliyevin ölkə mətbuatına hansı yeniliklər gətirdiyindən xəbərdar olan hamı onu Həsənbəy Zərdabinin davamçısı adlandırır. Mehriban Əliyeva iki böyük şəxsiyyətin, Mircəlal Paşayev və Nəsir İmanquliyevin nəvəsidir. Atası, akademik Arif Paşayev gözəl alim, pedaqoq olmaqla yanaşı, həm də mahir idarəçidir. Məhz onun səyləri nəticəsində Azərbaycan Milli Aviasiya Akademiyası ölkənin ən müasir ali məktəblərindən birinə çevrilib. Anası, məhrum professor Aida İmanquliyeva böyük şərqşünas alim, gözəl ədəbiyyatçı olub. Sonradan Heydər Əliyev kimi dahi siyasətçinin, Zərifə Əliyeva kimi minlərə şəfa bəxş edən akademikin ailəsinə gəlin köçməsi və nəhayət İlham Əliyev kimi müasir dünyagörüşə, böyük istedada malik şəxsiyyətin həyat yoldaşı olması... Bu hər adama qismət olan tale deyil. Görünür məhz bunun nəticəsidir ki, Mehriban Əliyeva bütün fəaliyyəti boyu, ehtiyacı olan insanlara yardım etməklə, onların sonsuz məhəbbətini qazanır.

 

Humanizmi həyat tərzinə çevirib, humanizmdən dissertasiya yazan alim...

 

Mehriban Əliyeva ixtisasca həkimdir. İ.Seçenov adına birinci Moskva Dövlət Tibb İnstitutunu fərqlənmə diplomu ilə bitirib. Beş ilə yaxın Moskvada akademik Krasnovun rəhbərliyi altında Göz Xəstəlikləri Elmi-Tədqiqat İnstitutunda işləyib. 2005-ci ildə «Eftanaziya və təbabətdə humanizm problemi» mövzusunda dissertasiya işi müdafiə edib və fəlsəfə elmləri namizədi alimlik dərəcəsi alıb. Yəqin, burada Mehriban xanımın xeyriyyəçilik fəaliyyəti, bütün addımlarında humanizm prinsipini əsas götürməsi vacib rol oynayıb və məhz dissertasiya işini də sevdiyi məşğuliyyətə, humanizmə həsr edib.

 

Azərbaycan mədəniyyətinin təbliğatçısı...

 

1995-ci ildə Azərbaycan Mədəniyyət Fondunun prezidenti seçilən Mehriban Əliyeva çox keçmir ki, üç dildə, Azərbaycan, ingilis və rus dillərində «İrs» jurnalını təsis edir. Bu jurnal Azərbaycan mədəniyyəti, tarixi ilə bağlı həqiqətləri dünyaya çatdırır, böyük oxucu kütləsinin geniş marağına səbəb olur. Yoruldum demədən fəaliyyət göstərən M.Əliyeva ardınca Azərbaycan Gimnastika Federassiyasının prezidenti seçilir. Onun beynəlxalq aləmdə artmaqda olan nüfuzu Beynəlxalq Gimnastika Federasiyasının bədii gimnastika üzrə dünya kubokunun Azərbaycanda keçirilməsinə səbəb olur. Azərbaycan muğamının dünya səviyyəsində tanınması, muğam ifaçılarının dünya arenasına çıxarılması da Mehriban xanımın əməyidir.

 

Heydər Əliyev ideyalarının, irsinin istedadlı yayıcısı...

 

Ulu Öndər Heydər Əliyevin vəfatından sonra böyük şəxsiyyətin ideyalarının təbliğinə, Heydər Əliyev irsinin gənclərə aşılanmasına böyük ehtiyac var idi və belə bir məsuliyyətli işi Mehriban Əliyeva öz üzərinə götürür. Heydər Əliyev Fondunu təsis edərək, bu quruma rəhbərlik edir. Onun fonda rəhbərliyi dövründə gördüyü işlər, həyata keçirdiyi layihələr nəinki Azərbaycanda, dünyanın ən ucqar ölkələrində belə maraqla qarşılanır. Çox keçmir ki, M.Əliyeva UNESKO və İSESCO-nun xoşməramlı səfiri seçilir. İctimai fəaliyyəti ilə yanaşı siyasi fəaliyyətlə də məşğul olan M.Əliyeva sonradan 14 saylı Xəzər ikinci seçki dairəsindən millət vəkili və Yeni Azərbaycan Partiyasının sədr müavini seçilir.

 

Hamının sevimlisi

 

Mehriban Əliyevanı daha çox körpələr evlərində, qocalar evlərində, bir sözlə, ehtiyacı olan insanların yanında görmək olar. Talassemiya, daun sindromlu uşaqlar məhz Mehriban xanımın dəstəyi nəticəsində müalicə olunur, şəfa tapırlar. Bütün bunlar Mehriban xanımın nəcib, böyük əxlaqi keyfiyyətlərindən xəbər verir. Kimin nə dərdi, problemi olursa, Mehriban xanıma pənah aparır. Çünki bilir ki, O, nəcib insandır, hər kəsin dərdini öz dərdi, hər kəsin problemini öz problemi kimi qəbul edir.

Yazının əvvəlində Şeyx Şamilin xanımı ilə bağlı fikirləri yer alır. Mehriban xanım ictimai-siyasi fəaliyyəti, humanist addımları, xeyriyyəçilik fəaliyyəti ilə yanaşı həm də gözəl, ailəsinə sədaqətli, daim ailəsinin adını yüksəklərə qaldıran, öz fəaliyyəti ilə cənab Prezident İlham Əliyevin yürütdüyü siyasi kursa yenilik gətirən bir şəxsiyyətdir. Birinci Avropa Oyunlarının Azərbaycanda keçirilməsində, ölkəmizin bununla bir ilkə imza atmasında oyunlara hazırlıq üzrə Təşkilat Komitəsinin sədri Mehriban Əliyevanın böyük xidmətləri var. Məhz bu oyunlar ölkəmizə dünya səviyyəsində marağın artmasına, Azərbaycana böyük turist axınına səbəb olub.

Bir neçə ay öncə isə Azərbaycan xalqı çoxdan gözlədiyi ŞAD XƏBƏRİ aldı. Artıq Mehriban Əliyeva ölkə rəhbərliyində çox önəmli postda, dövlətin ikinci şəxsi postunda qərarlaşdı. Mehriban Əliyevanın birinci vitse-prezident təyin edilməsi onun əməyinə verilən böyük qiymətdir və buna görə Cənab Prezident, zati-aliləri İlham Əliyevə dərin minnətdarlıq düşür.

Ad gününüz mübarək, Mehriban xanım!


   

şərhləri göstər

DİQQƏT!

Əziz oxucular. Mövzudan kənar, müəllifin şəxsinə və təhqir sözlər olan şərhlər yolverilməzdir. Sadaladıqlarımızdan savayı bütün fikirləriniz bizim üçün dəyərlidir.

Hələlik rəy yoxdur.

Şərh əlavə etmək

* Daxil edilməsi vacibdir
(göstərilməyəcək)
 
Smile Sad Huh Laugh Mad Tongue Crying Grin Wink Scared Cool Sleep Blush Unsure Shocked
 
1000 ədəd
 
Yeni şərhlər barədə mənim email ünvanıma məlumat göndər.
 
Mənim blankımdakı məlumatları bu kompüterin yaddaşında saxla.
 
Mən şərtləri. oxuyub tanış olmuşam və qəbul edirəm *