vaxtlı-vaxtında oxuyun! Çərşənbə, 24 aprel 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Heydər Əliyev (1923 - 2003)

«Tariximiz bizim üçün dərs olmalıdır. O, heç nəyi silmir»

Heydər Əliyev (1923 - 2003)
QƏZA, FACİƏ  
11:19 | 27 avqust 2017 | Bazar Məqaləyə 1733 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Altı nəfər yaralanıb

Hərbi hissənin silah anbarında partlayışla bağlı təxirəsalınmaz tədbirlər davam edir

MÖVZU İLƏ ƏLAQƏLİ

Müdafiə Nazirliyinin mətbuat xidməti bildirir ki, Müdafiə Nazirliyinin hərbi hissəsinin silah anbarında yanğın nəticəsində partlayış baş vermiş əraziyə yaxın Giləzi, Sitalçay və digər yaşayış məntəqələrindəki əhalinin təxliyəsi həyata keçirilib.

Hazırda aidiyyəti qurumlar tərəfindən müvafiq təxirəsalınmaz tədbirlər davam etdirilir.


***


Səhiyə Nazirliyinin mətbuat xidmətindən bildiriblər ki, hərbi hissənin silah anbarında baş vermiş partlayış nəticəsində altı nəfər yaralanıb.

«Onların hamısı qəlpə yarası alıb. Hadisə yerindən götürülən yaralılar Siyəzən Diaqnostika Mərkəzinə aparılıb. Onların yaraları yüngüldür», mətbuat xidmətinin rəhbəri Liya Bayramova Amerikanın Səsinə deyib.


***


Avqustun 27-də Azərbaycan Müdafiə Nazirliyinin hərbi hissələrindən birində silah anbarında yanğın baş verib. Nəticədə ərazidə partlama müşahidə olunub. Hadisənin səbəblərinin öyrənilməsi və müvafiq təhlükəsizlik tədbirlərinin həyata keçirilməsi məqsədilə aidiyyəti strukturların nümayəndələrindən ibarət qrup hadisə yerindədir. Bu barədə Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat verib.

Xatırladaq ki, Bakıdan 70 kilometr şimalda magistral yollarda avtomobillərin hərəkəti dayandırılıb. Uzaqdan partlayış səsləri eşidilir və yanğın görünür.