vaxtlı-vaxtında oxuyun! Bazar, 19 noyabr 2017
ABŞ dolları 1 USD = 1.7002 AZN
Avro 1 EUR = 2.0070 AZN
Rusiya rublu 1 RUB = 0.0285 AZN
İngilis funt sterlinqi 1 GBP = 2.2488 AZN
Türk lirəsi 1 TRY = 0.4410 AZN
Barış Manço (1943 - 1999)

«İnsanlar hər zaman qəhrəman ola bilməzlər, ama hər zaman insan ola bilərlər»

Barış Manço (1943 - 1999)
REPORTYOR  
14:37 | 28 avqust 2017 | Bazar ertəsi Məqaləyə 769 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Məktəbli bazarında bahalıq

Alan da narazıdır, satan da

Ülviyyə XUDİYEVA, Foto Samirə HƏSƏNOVA

MÖVZU İLƏ ƏLAQƏLİ

Bakı Şəhər İcra Hakimiyyətinin Ticarət və Xidmət Departamenti paytaxtın 10-a yaxın ərazisində məktəbli yarmarkaları təşkil edib. Departamentin açıqlamasında qeyd olunur ki, yarmarkalara çıxarılan məktəb ləvazımatları digər bazar və mağazalardakından 20-30 faiz ucuz satılacaq. Buna görə də, ucuz kitab-dəftər almaq istəyənlərə yarmarkalara üz tutmağı tövsiyə edirlər.

Virtualaz.org saytının əməkdaşları yarmarkalarda satışa çıxarılan məktəb ləvazımatlarının qiyməti ilə maraqlanıblar. Məlum olub ki, dolların bahalaşması bazarın bu seqmentinə də təsirsiz ötüşməyib, məktəb ləvazimatları gözlə görüləcək qədər bahalanıb. Satıcılar söyləyir ki, Çindən gətirilən ən ucuz məhsulda belə qiymət artımı var. Yeni tədris ilində bir uşağın məktəbə yola salınması təxminən 200 manata başa gələcək. Beləliklə, qiymətləri təqdim edirik.


Məktəbli dəstləri bahalaşıb


Yarmarkalarda məktəbli formaları satışa çıxarılmayıb. Amma ticarət mərkəzlərində, mağazalarda məktəbli dəstləri satılır. Əvvəlcə məktəbli geyim dəstlərindən başlayaq.

Hələ iyun ayında «Bakı Tikiş Evi»nin direktor müavini Etibar Əzimov bu il də məktəbli dəstlərinin bahalaşacağı bildirilmişdi. Onun sözlərinə görə, aşağı sinif şagirdləri üçün bir dəstin qiyməti 40 manat, yuxarı sinif şagirdləri üçünsə 46 manat olacaq. Ötən il isə I-VI sinif şagırdləri üçün məktəbli dəsti (köynəksiz, jiletsiz) 37 manat olub. Köynək və jileti də nəzərə alsaq, bir dəstin qiyməti 60 manatdan yuxarı olacaq. Amma «Sədərək» ticarət mərkəzində, el arasında «Vosmoy bazarı» kimi tanınan 4 saylı Ticarət mərkəzində nisbətən ucuz məktəbli formaları almaq mümkündür. Saxta olduğu bildirilən bu formalar Çindən gətirilib və materialının keyfiyyətinə görə fərqlənir. Bir çox məktəblərdə açıq rəngli ayaqqabıların geyilməsi qadağan edilib, qara rəngli məktəbli ayaqqabılarının qiyməti isə 15 manatdan başlayır. Beləliklə, ağ corab və ayaqqabını da nəzərə alsaq, bir uşağın məktəbə göndərilməsi ən aşağı 75-80 manata başa gəlir.


15 manatdan 100 manatadək çanta var


Metronun «Nərimanov» stansiyasının yaxınlığında üzərində «Ucuzluq» yazılmış 3 çadır quraşdırılıb. «28 may» stansiyasının yaxınlığında da çadır-yarmarka fəaliyyətə başlayıb. Burada çantadan tutmuş, dərsliyə qədər müxtəlif firmaların məktəb ləvazımatı var.

Parçadan tikilmiş çantaların qiyməti 10 manatdan başlayır, hərçənd ki, bu çantaların görkəmindən uzunmüddətli istifadəyə yararlı olduğu şübhə doğurur. Satıcı Nadir Məmmədov deyir ki, iki gündə 30-dan çox çanta satılıb. «Əsasən 25-40 manatlıq çantalar alınır. Əksəriyyət keyfiyyətdən çox görkəmə üstünlük verir», - Nadir deyir və əlavə edir ki, indi bazarda olan çantaların 80-90 faizi Çin məhsuludur. «100 manatlıq çanta da var, Türkiyədən gətiriblər, Çindən gətirilən ucuz çantalar bundan dözümlüdür».


Çantaların qiyməti:

Çin istehsalı olan çantalar - 20-45 manat;

Türkiyə istehsalı olan çantalar - 40-60 manat;

Almaniya istehsalı olan çantalar - 100-250 manat;

Rusiya istehsalı olan çantalar - 45-100 manat.


Dəftər də, qələm də bahalaşıb


Qiymətləri təqdim etməklə seçimi alıcıların öhdəsinə buraxırıq:

Qələm – 20 qəpik-3 manat

12 vərəqli dəftər - 25-30 qəpik

60 vərəqli dəftər - 80 qəpik-1 manat

100 vərəqli dəftər - 1 manat-1 manat 50 qəpik

Rəsm albomu - 1 manat 50 qəpik-3 manat

Məktəbli gündəliyi - 2-3 manat

Karandaş dəsti - 4-25 manat

Sulu boya - 4-12 manat

Xətkeş - 50 qəpik-2 manat

Pozan, karandaş yonan və digər bu kimi kiçik ləvazimatlar da nəzərə alınsa, 40-50 manatla çantanı doldura bilərsiz.


Dərsliklər, testlər


Yarmarka və kitab mağazalarında dərsliklərin qiymətilə maraqlanırıq. Məlum olur ki, dərsliklər ciddi bahalaşmasa da, testlərin qiyməti artıb. Məsələn, 8-ci sinif riyaziyyat testi ötən il 5 manata satılıb, bu il isə 7 manatadır. «Namazov tapşırıqları», TQDK-nın vəsaiti və digər testlərə ümumilikdə 50-60 manat lazım olacaq. Məktəbdən pulsuz kitab ala bilməyənlər daha 50-60 manat dərslik üçün pul ayırmalıdır.

«Dərslik və testlərin qiyməti üstündə yazılıb, biz üstünə uzaq başı 50 qəpik - 1 manat qoymuşuq», - Elcan adlı satıcı deyir. Onun sözlərinə görə, «pulsuzdur» yazılmış dərsliklərin qiymətini də mağazalar təyin etmir. Ümumiyyətlə, həmin kitabların mağazalara necə gəlib düşməsi ayrıca araşdırmanın mövzusudur.

Alıcı Əli Xəlilov deyir ki, bu il 3 uşağı məktəbə gedəcək. «Özüm də satıcıyam, ayda 1000 manat qazancım olur, yenə də çatdıra bilmirəm. Hələ 2 uşağa məktəbli forması, ayaqqabı lazımdır. İndidən demişəm, mən test, iş dəftəri, əlavə heç nə almayacağam. Məktəbin verdiyi kitabdan dərs keçsinlər». Digər alıcı isə bahalıqdan çox əlavə xərclərdən gileylənir. «Məktəb başlayan kimi sifarişlər gəlir, o qədər əlavə test, kitab istəyirlər ki, elə bil alim yetişdirirlər. Məktəbli gündəliyinə 2 manat verirəm, üzünü açıb baxan da yoxdur. Hələ uşaqdan kitaba, dəftərə üz çəkdirməyi tələb edirlər, adi kitab üzlərinin qiyməti 50 qəpikdir...»


   

şərhləri göstər

DİQQƏT!

Əziz oxucular. Mövzudan kənar, müəllifin şəxsinə və təhqir sözlər olan şərhlər yolverilməzdir. Sadaladıqlarımızdan savayı bütün fikirləriniz bizim üçün dəyərlidir.

Hələlik rəy yoxdur.

Şərh əlavə etmək

* Daxil edilməsi vacibdir
(göstərilməyəcək)
 
Smile Sad Huh Laugh Mad Tongue Crying Grin Wink Scared Cool Sleep Blush Unsure Shocked
 
1000 ədəd
 
Yeni şərhlər barədə mənim email ünvanıma məlumat göndər.
 
Mənim blankımdakı məlumatları bu kompüterin yaddaşında saxla.
 
Mən şərtləri. oxuyub tanış olmuşam və qəbul edirəm *