vaxtlı-vaxtında oxuyun! Şənbə, 20 aprel 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Mustafa Kamal Atatürk (1881 - 1938)

«Uca Türk, sənin üçün yüksəkliyin hüdudu yoxdur»

Mustafa Kamal Atatürk (1881 - 1938)
QƏZA, FACİƏ  
18:36 | 28 avqust 2017 | Bazar ertəsi Məqaləyə 2393 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

«Range Rover»lə qadını öldürüb qaçıb

İcra başçısının I müavini cinayətkar oğlunu müdafiə etdi: «Ölümü avtomobil qəzasıyla bağlamaq olmaz»

Nərimanov rayon İcra başçısının I müavini maşınla adam öldürməyi cinayət saymır. Hər halda Şahmar İbadovun, oğlu Elmir İbadovun ağır yol qəzası törətməsi barədə mətbuata açıqlamasından belə çıxır.

A24.az-ın verdiyi məlumata görə, Şahmar İbadov həmin açıqlamasında deyib: «Hadisə avqust ayında baş verib. Düzdür, oğlum qəza törədib. Yazıblar ki, hadisə yerindən qaçıb. Bu təmamilə səhv məlumatdır. O, yaşlı qadını elə yerindəcə avtomobilə mindirərək, xəstəxanaya çatdırıb. Qadın xəstəymiş. Ölümünü avtomobil qəzasıyla bağlamaq olmaz. Dövlətimiz buna qarşı tədbir görür. Əgər cəzası varsa çəkəcək. Əks halda sərbəst buraxılacaq».

Qeyd edək ki, Nərimanov rayon İcra Hakimiyyəti başçısının birinci müavini Şahmar İbadovun oğlunun avqustun 22-də Bakı şəhərində avtomobil qəzası törətməsi ilə bağlı məlumat yayılıb. Elmir İbadov idarə etdiyi «Range Rover» markalı avtomobillə yaşlı qadını vuraraq hadisə yerindən qaçıb. Hadisə nəticəsində qadın vəfat edib.

Baş verən hadisədən sonra Elmir İbadov polis tərəfindən saxlanılıb.

Atası isə hesab edir ki, qadın Elmir İbadovun maşınıyla toqquşaraq, öz əcəliylə ölüb.

Atasının açıqlamasına baxanda Elmir İbadov həqiqətən günahkar görünmür. Zənnimizcə, əsl günahkar bu cür xəstə düşüncəyə malik valideyndir ki, hələ də Bakı rayonlarından birini idarə edir.