vaxtlı-vaxtında oxuyun! Cümə, 29 mart 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Əli bəy Hüseynzadə (1864 - 1940)

«Hürriyyət!.. O nə qüvvədir ki, zehinləri, fikirləri, xəyalları, bəşərin bütün ruh və mənəviyyatını sövq edir!»

Əli bəy Hüseynzadə (1864 - 1940)
REGİON  
20:12 | 29 avqust 2017 | Çərşənbə axşamı Məqaləyə 2198 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

«Nairit» iki gündür yanır

İrəvandakı zavoddakı partlayışdan sonra şəhərin üzərini qara tüstü örtüb

MÖVZU İLƏ ƏLAQƏLİ

Avqustun 28-i saat 13.10 radələrində Ermənistandakı «Nairit» zavodunda baş verən partlayışdan sonra davam edən yanğın hələ də davam edir.

İrəvanın Şenqavit rayonundakı yanğının söndürülməsi işləri gecə də davam edib, lakin yanğını tam ram etmək mümkün olmayıb. Yalnız 29 avqust səhər saat 9 radələrində görülən tədbirlər nəticəsində yanğınsöndürənlər etinol olan 4 dəmir-beton çənlərdən 3-nü söndürməyə müvəffəq olublar. mümkün olub.

Yalnız «Nairit-1» zavodunun anbarında partlayış olub. Hadisə nəticəsində zəhərlənmələrin olması xəbəri yayılsa da, hələlik rəsmilər bunu təkzib edir və yanğının əhali üçün heç bir təhlükə yaratmadığını iddia edirlər. Qeyd edək ki, iki gündür yanğın səbəbindən İrəvan səması qara tüstüyə qərq olub.

Xosrov dövlət qoruğunda bir həftə davam edən yanğından sonra paytaxtda baş verən hadisə erməniləri təşvişə salıb.


***


19:20

İrəvanda «Nairit» kimya zavodunda baş vermiş yanğının ilkin səbəbi açıqlanıb. Erməni KİV-in verdiyi məlumata görə, Fövqəladə Hallar Nazirliyinin xilasetmə xidmətinin direktor müavini Muşeq Kazaryan bildirib ki, yanğın zavodda etinol boyasının alışması nəticəsində baş verib.

Onun sözlərinə görə, hazırda yanğın artıq lokallaşdırılıb, soyutma işləri aparılır.

M. Kazaryan bildirib ki, yanğın zamanı bir nəfər tüstüdən zəhərlənib, ona ilkin tibbi yardım göstərilib.


***


14:19

Ermənistanda «Nairit» zavodunda partlayış baş verib.

Virtualaz.org ru.1in.am saytına istinadən bildirir ki, bu barədə Ermənistan Fövqəladə Hallar Nazirliyi məlumat yayıb. Məlumata görə, bu gün saat 13:10 radələrində İrəvan şəhərinin Şenqavit inzibati rayonunda «Nairit-1» zavodunun anbarında partlayış baş verib.

Partlayış böyük yanğına səbəb olub. Yanğının mürəkkəbliyi nəzərə alınmaqla hadisə yerinə 6 yanğınsöndürmə qrupu göndərilib.

Hadisə yerinə çoxlu sayda xilasetmə, polis qüvvələri və təcili yardım briqadaları da göndərilib.