vaxtlı-vaxtında oxuyun! Cümə axşamı, 25 aprel 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Barış Manço (1943 - 1999)

«Keçmişini tanımayan bugününü anlaya, sabahını isə qura bilməz»

Barış Manço (1943 - 1999)
TOP OYUNLARI  
21:50 | 29 avqust 2017 | Çərşənbə axşamı Məqaləyə 2100 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Azarkeşləri «Qarabağ»ı ziyana saldı

Stadiona kənar əşya atıldığına görə kluba 1600 manat cərimə kəsildi

MÖVZU İLƏ ƏLAQƏLİ

Bu gün AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib. Futbolinfo.az xəbər verir ki, aparılan müzakirələrdən sonra aşağıdakı qərarlar qəbul olunub: Topaz Premyer Liqasının 3-cü turunun «Neftçi» – «Kəpəz» matçında «Neftçi»nin 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 800 manat cərimə olunub.

Topaz Premyer Liqasının 3-cü turunun «İnter» – «Səbail» matçının 63-cü dəqiqəsində «İnter»in futbolçusu Tərlan Quliyev ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyunluq cəzalanıb, klubu 200 manat cərimə olunub.

Topaz Premyer Liqasının 3-cü turunun «Qarabağ» – «Qəbələ» matçının 69-cu dəqiqəsində «Qarabağ»ın azarkeşləri tərəfindən meydançaya kənar əşyalar atıldığı üçün klub 1600 manat cərimə olunub.

Premyer Liqada çıxış edən klubların əvəzedici heyətlərinin yarışında 2-ci turun «Qarabağ» – «İnter» matçında «İnter»in 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 400 manat cərimə olunub.

Premyer Liqada çıxış edən klubların əvəzedici heyətlərinin yarışında 3-cü turun «İnter" – «Səbail» matçında «İnter»in 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 400 manat cərimə olunub. Oyunun 43-cü dəqiqəsində «Səbail»in məşqçisi Toğrul Əhmədov texniki zona qaydalarını pozduğuna görə texniki zonadan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb, klubu 400 manat cərimə olunub.

Premyer Liqada çıxış edən klubların əvəzedici heyətlərinin yarışında 3-cü turun «Neftçi» – «Kəpəz» matçında «Kəpəz»in 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 400 manat cərimə olunub.