ABŞ mediası yenə Ağalarovdan yazdı
«Crocus Group» Moskvada tikilməsi nəzərdə tutulan «Trump Tower» göydələninin danışıqlarında iştirak edib
MÖVZU İLƏ ƏLAQƏLİ
-
“ABŞ-la vaxtaşırı görüşürük”
Əsəd: “Heç bir nəticə olmayacağını bilsək belə, cəhd edəcəyik”
-
“Yenilməz batareya” məhv oldu
Ukrayna ordusu Krımdakı “S-400”lərin birini vurub
-
Nyu-Yorkda siçovul böhranı
Leptospiroz xəstəliyinə yoluxanların sayında ciddi artım var
-
“Özünü müdafiə hüququ çərçivəsindədir”
NATO Ukraynanın Rusiya ərazisini bombalamağa yaşıl işıq yandırıb
-
Nüvə müharibəsinə hazırlıq qızışır
ABŞ yeni döyüş başlığının istehsalına başlayır
-
Çinə qarşı kiber hücum ittihamı
Hakerlər ABŞ-ı susuz və enerjisiz qoymağa çalışıblar
-
95 milyard dollarlıq yardım
ABŞ Ukrayna, İsrail və Tayvana fantastik məbləğ ayırdı
-
Təyyarəsi yenə xarab oldu
NATO toplantısına maşınla getdi
-
“NATO həmişəkindən daha güclüdür”
“Ukrayna müharibəsi təhlükəsizliyin regional deyil, qlobal olduğunu göstərdi”
-
Amerika seçicisi balans istəyir
Sorğuda respondentlərin əksəriyyəti “dünya siyasətinə daha az qarışılmasına” tərəfdardır
-
Ukraynada çağırış yaşı aşağı salındı
Zelenski uzun müddətdir yubatdığı qanunu imzaladı
-
“Onlar insan deyil”
Tramp ölkədəki qeyri-qanuni mühacirləri hədəfə alıb
-
“Kerç partlayacaq”
Ukrayna müharibədə bütün balanslar dəyişməyə qərarlıdır
-
“Rusiya gələcəyini Pekinə girov qoyub”
Yens Stoltenberq: “Ukraynanın yeganə dəstəkçisi ABŞ deyil”
-
ABŞ terrordan qabaq işarə vermişdi
Putin qeyri-qanuni miqrasiyaya qarşı təhlükəsizlik tədbirlərinin artırılmasını əmr edib
-
“ABŞ seçkiyə kölgə saldı”
Nikolas Maduro: “Vaşinqtonda əsəblər gərgindir”
ABŞ mediası yazır ki, Donald Tramp prezident seçkiləri kampaniyasının ərəfəsində Moskvada «Trump Tower» göydələni tikmək niyyətində olub. Bundan əvvəlki bəzi xəbərlərdə deyilirdi ki, bu binanın tikilməsi cəhdləri 2015-cü il prezident kampaniyası ərzində də davam edib, lakin 2016-cı ildə bu səylərin olub-olmadığı barədə məlumatlar olmayıb.
ABŞ prezidentinin müvəkkili mətbuata bildirib ki, Moskva sövdələşməsi «Trump Organization» təşkilatının nəzərdən keçirdiyi və sonradan imtina etdiyi çoxsaylı biznes təşəbbüslərindən biri idi.
Müvəkkil deyib ki, o layihədən 2016-cı ilin yanvarında imtina edib. Onun sözlərinə görə buna səbəb o idi ki, potensial lisenziyaçının bu obyekti almaq üçün hökumətdən icazə əldə edə biləcəyinə şübhələr yaranmışdı.
«The Washington Post» qəzeti sözü gedən biznes təklifi və Tramp təşkilatının yeni sənədlərini nəzərdən keçirilən hüquqşünaslarla tanışlığı olan bir neçə mənbəyə istinadən yazıb ki, Rusiya doğumlu Feliks Saterin təşəbbüsü olan bu layihə 2016-cı ilin yanvarında baş tutmayıb.
Qəzet yazır ki, Sater «təklifə təkan verməsi və ola bilsin prezident Vladimir Putindən özü haqqında «xoş sözlər» eşitməsi üçün Trampdan şəxsən Moskvaya gəlməsini xahiş edib».
Məqalədə qeyd olunur ki, Tramp Moskvaya getməyib və onun şirkəti niyyət məktubunu imzalasa da, layihədən 2016-cı il yanvarın sonlarında imtina edib. Bu vaxt ABŞ-da prezident seçkisinin praymeri kampaniyası başlayırdı.
Bu da bildirilir ki, «Trump Organization» əvvəllər də Rusiyada iş görülməsi üçün belə məktubları imzalayıb, amma iş ilkin mərhələdən o yana keçməyib.
CNN yazır ki, «The Washington Post» qəzetinin qeyd etdiyi danışıqlardan Trampın xəbərinin olub-olmadığı və ya bunlarda iştirak edib-etmədiyi bilinmir.
Buna baxmayaraq Tramp əvvəllər bir sıra çıxışlarında Rusiyada tikinti işləri cəhdlərindən danışıb.
Moskvada «Trump Tower» tikmək planlarının son nəticədə ləğv olunmasının səbəbləri barədə ziddiyyətli mülahizələr var.
Tramp artıq 2016-cı ilin iyulunda yazdığı «Twitter»də Rusiyada hər hansı biznes maraqlarının olmadığını bəyan edirdi.
Buna baxmayaraq Trampın Rusiyada göydələn tikmək niyyətinin olması və bu barədə hələ 2013-cü ildə Moskvada keçirilmiş gözəllik yarışında açıq danışması məlumdur.
Moskvada «Trump Tower» layihəsi barədə məlumatlı şəxslər «The Washington Post» qəzetinə deyiblər ki, bu barədə danışıqlar 2015-ci ilin sentyabrında başlanıb.
Qəzet yazır ki, bir naməlum səhmdarın bu layihə üzrə bina tikmək və lisenziya razılaşması əsasında bu binaya Trampın adını vermək planı olub.
CNN-nin məqaləsində deyilir ki, bir sıra başqa xəbərlərdə buna bənzər təşəbbüslərin Tramp və Putinə yaxın azərbaycanlı oliqarx Araz Ağalarov arasında yer aldığı deyilir.
CNN bildirir ki, Trampın komandası ilə Rusiya arasındakı mümkün əlaqələri araşdıran ABŞ təhqiqatlarında bu biznes münasibətləri ciddi araşdırılır.
«The Washington Post» qəzetində dərc olunmuş məqaləyə reaksiyasında Rusiyanın dövlət TASS xəbər agentliyi bildirir ki, «Trump Organization» şirkətinin Moskvada göydələn tikmək niyyətinin olması təzə xəbər deyil.
Tramp TASS agentliyinə belə bir niyyətinin olduğunu 2013-cü ildə Moskvada keçirilən Miss Universegözəllik yarışı zamanı bildirib.
TASS yazır ki, Rusiya biznesmeni Araz Ağalarovun «Crocus Group» şirkəti göydələn danışıqlarında iştirak edən şirkətlərdən biri olub.
2015-ci ilin iyulunda Ağalarov TASS agentliyinə deyib ki, artıq həmin vaxt prezident yarışına qoşulmuş Trampın layihədən çıxmaq niyyəti yoxdur.
Lakin 2016-cı ilin noyabrında Ağalarov bildirib ki, Tramp seçkidə qalib gəlsə, müştərək planın icrasından söhbət belə gedə bilməz.
ABŞ-ın Florida ştatında çıxan həftəlik «Miami New Times» qəzetinin saytında dərc olunmuş başqa bir məqalədə Saterin şəxsiyyəti barədə qısa məlumat verilir.
Burada iddia edilir ki, Sovet İttifaqında doğulmuş Sater kifayət qədər qaranlıq fiqurdur. Məqalədə onun vaxtilə Nyu-Yorkda kriminal aləmlə əlaqələri olduğundan və sonralar böyük məbləğdə dələduzluğa görə məhkum edildiyindən söz açılır.
Bu da bildirilir ki, 2015-ci ildə Saterin adına Mayaminin ultrazəngin Fişer adasında 5 milyon dollarlıq mülk olub. Sənədlərdən bəlli olur ki, o bu mülkü 2015-ci ildə ofşor şirkətə satıb və buna görə də mülkün hələ də onun adında olub-olmadığı bilinir.
«Miami New Times» yazır ki, Mayamiyə bağlı olan daha bir rusiyalı, milyarder Araz Ağalarovdur. Qəzet Ağalarovun da bu adada 14 milyon dollarlıq malikanəsinin olduğunu bildirir.
Və nəhayət müstəqil AlterNet saytı xatırladır ki, Trampın böyük oğlunun rusiyalı vəkil Veselnitskaya ilə görüşündə iştirak etmiş daha bir şəxs – İke Kaveladze Araz Ağalarovun «Crocus Group» korporasiyasının vitse-prezidentidir.
Bundan başqa son vaxtlar ABŞ saytlarında Ağalarovların Amerikadakı mülklərini tələm-tələs satışa çıxarmaları barədə xəbərlər yayılıb.
Xəbər verilir ki, Araz Agalarovun Nyu-Cersidəki 7 yataq otağı, 10 vanna otağı olan tam mebelli malikanəsinin6, 9 milyon dollara satılması barədə ilkin kontrakt imzalanıb.
Bu da qeyd edilir ki, Ağalarov bu malikanəni 2005-ci ildə 9,3 milyon dollar almışdı.