vaxtlı-vaxtında oxuyun! Cümə axşamı, 25 aprel 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Əbülfəz Elçibəy (1938 - 2000)

«Dil uğrunda mübarizə millətin son - ölməmək mübarizəsidir»

Əbülfəz Elçibəy (1938 - 2000)
REGİON  
20:28 | 29 avqust 2017 | Çərşənbə axşamı Məqaləyə 2379 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

«Onlarla saya bilərəm»

Jirinovski Putinin 3 ən böyük səhvi barədə

MÖVZU İLƏ ƏLAQƏLİ

Rusiya liberal-demokratlarının lideri Vladimir Jirinovski videobloger Yuri Duda müsahibəsində ölkə prezidenti Vladimir Putinin hakimiyyəti dövründə yol verdiyi 3 ən böyük səhvini açıqlayıb.

Virtualaz.org Rusiya mətbuatına istinadən xəbər verir ki, dövlət başçısının səhvlərindən danışarkən Jirinovski deyib:

«Birincisi, Federasiya subyektləri iriləşdirilməli idi. Altı muxtar dairəni ləğv etdilər, sonra dayandılar. Davam etmək lazım idi», - Jirinovski deyib.

Onun fikrincə, Putinin ikinci səhvi bütün Ukraynanı almaq əvəzinə, Krımı almaqdır. Jirinovski deyib ki, o, hələ 1991-ci ildən – SSRİ dağılmağa başlayanda bu fikirdə olub: «Yalnız biz – RLDP və şəxsən mən o vaxt QKÇP-ni dəstəklədik. Ancaq ona görə ki, ölkə dağılmasın».

Üçüncü səhv kimi liberal-demokratların lideri Putinin kiçik sahibkarlığa münasibətini göstərib. «Bunlar üç əsas səhvdir. Onlarla saya bilərəm», - Jirinovski sözlərini tamamlayıb.