vaxtlı-vaxtında oxuyun! Cümə axşamı, 25 aprel 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Heydər Əliyev (1923 - 2003)

«Tariximiz bizim üçün dərs olmalıdır. O, heç nəyi silmir»

Heydər Əliyev (1923 - 2003)
GÜNEY  
23:15 | 29 avqust 2017 | Çərşənbə axşamı Məqaləyə 1271 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

«Durum əksinə olmalı idi»

Əmir Mərdani: «Xaricdəki təşkilatlar daxildəkilərdən daha güclü fəaliyyət sərgiləməli idilər»

MÖVZU İLƏ ƏLAQƏLİ

«Problemlərimizdən biri budur ki, bizim çox sayda təşkilatımız var, amma bunların bir çoxunun fəaliyyətləri sadəcə kağız üzərində əks edilir. Bu da milli fəalları soyudur və təşkilatlardan uzaqlaşdırır. Onlar görür ki, bəzi təşkilatların heç bir fəaliyyəti yoxdur və fərdi fəaliyyətlər bir çox təşkilatın fəaliyyətindən daha üstündür», Əmir Mərdani söyləyir.

O, əlavə edir, «daxildə dəyərli milli fəallarımız var. Qrup olub fəaliyyət edirlər. 5 nəfər gedirlər aktiv şəkildə çalışırlar. Tutulub həbs edilirlər... Yəni görürsən ki, nizamnaməsiz, əsasnaməsiz fəaliyyətlər olur ki, bir çox təşkilatın nizamnaməli, əsasnaməli fəaliyyətindən daha üstündür».

Əmir Mərdaninin dediklərinə görə, hakimiyyətin basqısı altında olmayan xaricdəki təşkilatlar əslində daha uğurlu fəaliyyət sərgiləməli idilər: «Bu durum tam əksinə olmalı idi. Fəaliyyətlər xaricdə daxildən daha güclü olmalı idi. İçəridə olan milli fəalların üzərində təbii ki, basqılar var, təhlükəsizlik qayğısı var. Amma bir gerçək də var ki, içəridə kadr baxımından çoxluq vardır... Bir də ki, təhlükəsizlik qayğılarını nəzərə alanda belə, ölkə daxili meydan fəaliyyəti üçün daha əlverişlidir».

İsveçdə yaşayan milli fəal həmçinin qruplar və təşkilatlar arasındakı əlaqələrə işarə edərək, ölkə daxilində fəaliyyət göstərən fəalların bu kontekstdə də daha uğurlu hərəkət etdiklərini vurğulayır.

Onun sözlərinə görə, «içəridə qruplar və təşkilatlar arasındakı əlaqələr daha güclü olur. Çünki, hər bir təşkilat və hər bir qrup öz üzvlərinə meydan fəaliyyətinin həyəcanını verə bilir. Fərqli qruplar bir-birlərinə xor baxmadan, yuxarıdan baxmadan əlaqədə olurlar. Amma xaricdə belə olmur...»

Mərdaninin fikrincə, xaricdə fəaliyyət göstərən güneyli təşkilatların uğursuzluğu onların bir-birlərinə hücum etməsinə də səbəb ola bilir.

«Bəlkə də uğursuz olduğumuz üçün, düzgün fəaliyyət göstərə bilmədiyimizə görə, millətə cavabdeh ola bilmirik və bunu ört-bas etmək üçün aqressiv olub digər təşkilatlara hücum etməyə keçirik... Təbii ki, mən aylarla fəaliyyət etməsəm, deməyə sözüm olmasa, başlayacağam ona buna hücum etməyə. Fərd olaraq da, təşkilat olaraq da», milli fəal əlavə edir.

Əmir Mərdani həmçinin xaricdə qərargahlanan güney təşkilatları və milli fəallar arasında tənqid mədəniyyətinin güclü olmadığına diqqət çəkir.