vaxtlı-vaxtında oxuyun! Çərşənbə, 24 aprel 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Məhəmməd Hüseyn Şəhriyar (1906 - 1988)

«Şair xalqın səsi, əsrin səsidir,
Vətənin ağsaçlı sərkərdəsidir,
Hökmüylə ordular ayağa qalxır,
Şerinin selində daşlar da axır»

Məhəmməd Hüseyn Şəhriyar (1906 - 1988)
ELM-TƏHSİL, DİN  
10:14 | 30 avqust 2017 | Çərşənbə Məqaləyə 3081 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Məkkəyə 1.7 milyon zəvvar gedib

Səudiyyə Həcc ziyarətinin öhdəsindən gələcəyini deyir

MÖVZU İLƏ ƏLAQƏLİ

Səudiyyə Ərəbistanının səhiyyə rəsmiləri bildirirlər ki, Həcc ziyarəti zamanı hər hansı xəstəlik, yaxud basabasın öhdəsindən gəlməyə hazırdırlar. Həcc mərasimi bu həftəsonu baş tutacaq. İki il öncə ziyarətdə yaranan qarışıqlıqda yüzlərlə zəvvar həlak olmuşdu.

Səudiyyə bazar ertəsi bildirib ki, ziyarətə 1 milyon 700 mindən çox zəvvar gəlib. Həcc fiziki baxımdan bu ziyarəti gerçəkləşdirmək gücündə olan hər bir müsəlmanın dini borcu sayılır.

Bundan əvvəlki Həcc mərasimlərində basabaslar, yanğınlar, iğtişaşlar baş verib və hakimiyyət kütləni elə də məharətlə idarə edə bilməyib. «Reuters» agentliyi vurğulayır ki, Səudiyyənin islamın müqəddəs yerlərinin himayəçisi kimi nüfuzu risklə üzləşir. Elə 2015-ci ildəki hadisədən sonra İran bu məsələni dönə-dönə qaldırıb.

 

300 min tibb işçisi, 5 min yer

 

Həmin insidentdə rəsmi Ər-Riyad 800-dək zəvvarın öldüyünü bildirdi. Ancaq ayrı-ayrı ölkələrin təqdim etdiyi rəqəmlər 2 mindən çox adamın dünyasını dəyişməsi versiyasını ortaya çıxardı. Onlardan 400-dən çoxu iranlıydı.

Səhiyyə Nazirliyində Həcc əməliyyatlarına nəzarət edən Hüseyn Ğanam agentliyə deyib ki, hakimiyyət daha bir basabasa hazırdır. O, təcili yardım maşınlarının briqada halında işlədiyini vurğulayıb.

30 min tibb işçisi bu işə ayrılıb, xəstəxanalarda 5 min çarpayı hazırlanıb.

Səudiyyə Qırmızı Aypara Cəmiyyətinin direktoru Məhəmməd bin Abdullah al-Qassimin sözlərinə görə, qurum nazirliyi 350 ambulans, dörd hərbi sanitar vertolyotla dəstəkləyir. Cəmiyyət bu il yeni səhiyyə mərkəzləri də açıb və fövqəladə hallarla bağlı təlimlər keçib.

«Allaha şükür, əlavə təchizatımız, üstəgəl xüsusi avadanlığımız, faciə halını idarə etməyə maşınlarımız var və onları ən yaxın xəstəxanaya apara bilərik», – Qassim «Reuters»ə söyləyib.

2015-ci il insidentindən bəri ilk dəfə olaraq bu il 90 minədək iranlı Həccə gedir.

 

Xəstəlik qorxusu

 

Ziyarətlə bağlı daha bir narahatlıq zəvvarlar arasında xəstəliklərin yayıla bilməsi sarıdandır. Axı onlar beş gün ərzində bir-birinə sıx yaşayır, bayırda yeyir, müqəddəs yerlər yaxınlığında yerdəcə yatırlar.

Ğanamın sözlərinə görə, nazirlik potensial ölümcül Yaxın Şərq Respirator Sindromu (MERS) kimi yoluxucu xəstəlikləri nəzarətdə saxlamağa hazırdır. Bu sindrom son beş ildə Səudiyyədə yayılıb.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) iyulda və avqustun əvvəlində Səudiyyədə 26 nəfərin MERS-ə yoluxduğunu, altı nəfərin öldüyünü bildirir.

Bundan başqa, qonşu Yəməndə yarım milyondan çox adam vəbaya yoluxub, apreldən bəri bu epidemiyadan 1975 nəfər həlak olub.

Ğanam deyir ki, xəstəxanalara vəba simptomları olan zəvvarlarla xüsusilə ehtiyatlı olmaq tapşırığı verilib. Bu xəstəliyin qarşısı vaxtında alınmazsa, bir neçə saata ölümlə sonuclana bilər.