vaxtlı-vaxtında oxuyun! Cümə axşamı, 25 aprel 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Heydər Əliyev (1923 - 2003)

«Azadlıq və istiqlaliyyət hər bir xalqın milli sərvətidir»

Heydər Əliyev (1923 - 2003)
OLAY  
11:37 | 30 avqust 2017 | Çərşənbə Məqaləyə 3192 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Nazirlər Kabinetində ixtisarlar başladı

8 şöbə müdiri işdən çıxarıldı, ştat sayı 200 nəfər olmalıdır

MÖVZU İLƏ ƏLAQƏLİ

Nazirlər Kabinetinin aparatında struktur dəyişikliyi edilib. VAXT.AZ «Qafqazinfo»ya istinadən xəbər verir ki, dəyişiklik nəticəsində 8 şöbə müdiri işdən çıxarılıb. Bundan əlavə, digər bölmələrdə də ixtisarlar olunub.

«Qafqazinfo» məsələ ilə bağlı Nazirlər Kabinetinin Mətbuat Xidmətinin rəhbəri Akif Əli ilə əlaqə saxlayıb.

O, dəqiq rəqəm açıqlamasa da bildirib ki, dəyişikliklər prezident İlham Əliyevin 23 avqustda verdiyi fərman əsasında aparılır:

«Fərmanda qeyd olunur ki, aparatın yeni ştat cədvəli 1 ay müddətinə tərtib olunmalıdır. Ştat sayı isə 200 nəfər olmalıdır. Ona görə də cənab prezidentin fərmanının icrasını təmin etmək məqsədilə Nazirlər Kabinetinin strukturunda yeniləşmələr gedir. Proses hələ ki, başa çatmayıb, davam edir. Buna uyğun olaraq da işdən çıxarılanlar mütləq olacaq. Həmçinin şöbələrin adları da dəyişdirilir, bir qismi birləşdirilir. Yalnız Mətbuat Xidməti şöbəsinin adında dəyişiklik edilməyib. Çünki cənab prezident mətbuatın dostudur».