vaxtlı-vaxtında oxuyun! Cümə, 29 mart 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Heydər Əliyev (1923 - 2003)

«Müstəqillik yolu qədər çətin yol yoxdur»

Heydər Əliyev (1923 - 2003)
TOP OYUNLARI  
14:20 | 30 avqust 2017 | Çərşənbə Məqaləyə 1480 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

«Hamı sevinir»

Robert Prosineçki: «Hazırlıqdan razı olsam da, ...»

MÖVZU İLƏ ƏLAQƏLİ

Futbol üzrə Azərbaycan milli komandasının baş məşqçisi Robert Prosineçkinin sentyabrın 1-də səfərdə Norveç yığması ilə keçirəcəkləri 2018-ci il dünya çempionatının seçmə qrup matçından əvvəl «Report»a müsahibə verib. VAXT.AZ sizi həmin müsahibə ilə tanış edir:


- Milli komandanın hazırlıq səviyyəsindən razısınız?

- Cavid Hüseynovda angina, Ağabala Ramazanovda isə yüngül zədə vardı. Son iki gündə tam heyətlə istədiyimiz proqram üzrə məşq etmişik. Məşqlərdə Hüseynovla Ramazanov da iştirak edib. Bu gün Norveçdə yüngül məşq olacaq. Sabah isə «Ullevaal» stadionunda oyunöncəsi son məşqə çıxacağıq. İndiyədək olan hazırlıq prosesindən razıyam.


- Adətən, oyundan əvvəl start heyəti açıqlayırsınız. Artıq indidən beyninizdə «11-lik» formalaşıb?

- Hələ bir məşq də edəcəyik. Onu da gözləyim, sonra tam qərarımı verəcəyəm.


- «Qarabağ»ın Çempionlar Liqasındakı uğurları milli komandanın düşərgəsindəki əhval-ruhiyyəyə təsir edibmi?

- Bu, təkcə milli komanda üçün yox, bütün Azərbaycan üçün müsbət göstəricidir. Hamı sevinir. Sözsüz ki, bu, milli komandada da hiss olunur.


- Norveçlə qarşılaşmada hansı nəticəyə ümid edə bilərsiniz?

- Bizi çətin oyun gözləyir. Norveç son iki matçında Azərbaycanı məğlub edə bilməyib. Ötən seçmə tsikldə səfərdə 0:0 hesablı heç-heçə, bu dəfə isə evdə 1:0 hesablı qələbə əldə etmişik. Sözsüz ki, bizdən revanş almaq istəyirlər. Bilirəm ki, güclü heyətə malikdirlər. Bizi çətin oyun gözləyir.