vaxtlı-vaxtında oxuyun! Cümə, 29 mart 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Seyid Cəfər Pişəvəri (1892 - 1947)

«Haqqı almaq asan bir işdir, onu saxlamaq şərtdir»

Seyid Cəfər Pişəvəri (1892 - 1947)
BÖHRAN  
23:20 | 30 avqust 2017 | Çərşənbə Məqaləyə 2235 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

«Trump Tower» söz-söhbəti göyü dəlir

Kreml Moskvada Tramp göydələni tikintisi barədə e-mail aldığını təsdiq edib

MÖVZU İLƏ ƏLAQƏLİ

Kreml ABŞ-da prezident seçkisi kampaniyası zamanı ABŞ prezidenti Donald Trampın işlər müvəkkilindən Moskvada göydələn tikintisi layihəsi barədə e-mail aldığını təsdiq edib.

Prezident Vladimir Putinin sözçüsü Dmitri Peskov avqustun 30-da jurnalistlərə deyib ki, Mixael Koen (Michael Cohen)) həmin e-mail-i 2016-cı ilin yanvarında mətbuat xidmətinin ümumi ünvanına göndərib.

Peskovun dediyinə görə, Koen «müəyyən bir Rusiya şirkətinin və müəyyən adamların» Moskvada göydələn tikmək istədiklərindən yazır və bu layihəyə kömək istəyirdi.

Peskov deyib: «Belə biznes məsələləri barədə işlərlə bağlı sorğulara cavab vermədiyimiz üçün və bu, bizim işimiz olmadığına görə məktubu cavabsız buraxdıq».

O əlavə edib ki, Kreml bu məsələ barədə buna bənzər başqa xahişlər almayıb və o Koenin e-mail-i ilə bağlı məsələni Putinə bildirməyib.

Peskov deyib ki, «biz xarici ölkələrdən aldığımız yüzlərlə və minlərlə xahişləri prezident Putinlə müzakirə edə bilmərik».


Niyyət məktubu


Kremlin bu şərhlərindən əvvəl Koen demişdi ki, Trampın şirkəti Moskvada göydələn tikmək layihəsini həyata keçirmək istəyib və bu, Trampın respublikaçı namizəd kimi 2015-ci ildə və 2016-cı ilin əvvəllərində apardığı seçki kampaniyası ilə eyni vaxta təsadüf edib. Həm Tramp, həm də Moskva bu iddiaları rədd edirlər.

Bəzi məlumatlara görə, həmin vaxt «Trump Organization» şirkətinin baş işlər müdiri olan Koen özünün iki səhifəlik izahatında bildirib ki, bu sövdələşmə «niyyət məktubu» mərhələsinə çatsa da, son nəticədə «müxtəlif bizmes səbəbləri ilə» ləğv edilib.

Koen israr edib ki, Moskvada «Trump Tower» binasının tikintisinə dair sövdələşmənin Trampın seçki kampaniyası ilə bağlılığı olmayıb.

O bunu da deyib ki, bu məsələ barədə üç dəfə Trampa şəxsən məruzə edib və Tramp 2015-ci ilin oktyabrında otel kompleksinin tikintisinə dair heç bir öhdəliyi olmayan məktubu imzalayıb.


«Bizim oğlan prezident olacaq»


Media xəbərlərinə görə, Koen bunu da deyib ki, Peskova sövdələşmə ilə bağlı kömək rica edən e-mail-i Trampın Rusiya doğumlu biznes tərəfdaşı və Kremllə dərin əlaqələri olduğunu iddia edən Feliks Saterin məsləhəti əsasında göndərib.

«The New York Times» qəzetinin yazdığına görə, Sater Koenə belə əlaqələrinin olduğundan söz açan bir sıra e-mail-lər göndərib və belə bir fikir yürüdüb ki, Moskvada Tramp binasının tikilməsi onun prezidentliyi qazanmasına kömək edəcək.

Qəzetin Saterin Koenə email-lərindən biri olduğunu iddia etdiyi məktubda deyilirdi: «Bizim oğlan ABŞ prezidenti ola bilər və biz bu işi qura bilərik. Mən bütün Putin komandasını bu işə qoşacağam və biz bu prosesi idarə edəcəyik».

Koen deyib ki, öz e-mail-inə Kremldən hər hansı cavab aldığını və ya Peskov, yaxud başqa Rusiya hökumət rəsmisi ilə bu layihəyə görə kommunikasiyada olduğunu xatırlamır.

«The Trump Organization» şirkəti Moskvada icraçı şirkətlərdən biri olan «I.C. Expert Investment Co» şirkəti ilə Moskvada «Trump Tower» tikintisinə dair heç bir öhdəlik götürməyən niyyət məktubunun 2015-ci ilin oktyabrında imzalandığını təsdiq edib.

Şirkət bildirib ki, «bu layihə əhəmiyyətli dərəcədə irəlilədilmədiyinə» və danışıqlar zamanı nə tikinti yeri, nə də maliyyələşdirmə məsələləri reallaşmadığına görə lisenziya sazişindən imtina edilib.

Şirkət bildirib ki, «Trump Organization» Rusiyada heç vaxt heç bir daşınmaz əmlaka və ya maraqlara malik olmayıb».