vaxtlı-vaxtında oxuyun! Bazar, 19 noyabr 2017
ABŞ dolları 1 USD = 1.7002 AZN
Avro 1 EUR = 2.0070 AZN
Rusiya rublu 1 RUB = 0.0285 AZN
İngilis funt sterlinqi 1 GBP = 2.2488 AZN
Türk lirəsi 1 TRY = 0.4410 AZN
Babək Xürrəmi (798 - 838)

«Bir gün azad yaşamaq, qırx il boyunduruq altında yaşamaqdan daha üstündür»

Babək Xürrəmi (798 - 838)
SƏHİYYƏ, ORDU  
15:52 | 31 avqust 2017 | Cümə axşamı Məqaləyə 559 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Xərçənglə mübarizədə yeni era

Qorxulu xəstəliyə qarşı «canlı dərman» yaradılıb

MÖVZU İLƏ ƏLAQƏLİ

Amerika Birləşmiş Ştatları xərçəngə qarşı hücuma keçmək üçün xəstənin öz immun sistemini təkmilləşdirmək yolu ilə müalicəni təsdiqləyib.

Tənzimləyici - ABŞ Ərzaq və Dərman Administrasiyası - bu qərarın «tarixi bir an» olduğunu və tibb dünyasının isə «yeni bir dövrə girdiyini» söyləyib.

Novartis şirkəti qan xərçəngi olan insanların 83 faizini sağaldan bu «canlı dərman» terapiyası üçün 475 000 dollar pul istəyir.

Britaniyalı həkimlər bu açıqlamanın irəliyə doğru həyəcanlı bir addım olduğunu deyirlər.

Canlı dərman cərrahiyə və ya kimyaterapiya kimi şərti müalicə üsullarından fərqli olaraq, hər xəstəyə xüsusi hazırlanıb.

Xəstənin qanından ağ qan hüceyrələrini ayırmaqla aparılan bu müalicə üsulu CAR-T adlanır.

Hüceyrələr daha sonra xərçəngi tapmaq və öldürmək üçün genetik olaraq yenidən proqramlaşdırılır. Xərçəng qatilləri daha sonra xəstənin daxilinə yeridilir və onlar hədəflərini tapdıqca çoxalırlar.


«Olduqca həyəcanlandırıcı»


«Biz ölümcül xərçəngə qarşı mübarizədə xəstənin öz hüceyrələrini yenidən programlaşdırma bacarığı ilə, tibb tarixində yeni bir dövrə qədəm qoyuruq", Ərzaq və Dərman İdarəsindən (FDA) həkim Skot Qottlib (Scott Gottlieb) deyib.

«Gen və hüceyrə terapiyası kimi yeni texnologiyaların tibbi dəyişdirmək və bir çox ağır xəstəliklərin müalicəsində dönüş nöqtəsi yaratmaq kimi potensialı var», o əlavə edib.

Kymriah adı altında satılan terapiya, kəskin limfoblastik leykoza qarşı mübarizə aparır.

Əksər xəstələr normal terapiyaya cavab verir ancaq, bu müalicələr uğursuz nəticələndikdə Kymriah istifadə olunur.

Filadelfiya Uşaq Xəstəxanasında ilk dəfə bir uşağı CAR-T ilə müalicə edən həkim Stefan Qrapp (Stephan Grupp) yeni yanaşmanın «olduqca həyəcanlandırıcı olduğunu» söyləyib.

«Daha əvvəl belə bir şey görməmişik», o əlavə edib.

İlk xəstə ölümcül idi, lakin artıq beş ildən artıqdır ki, o xərçəngdən azad olub.

CAR-T ilə müalicə olunan 63 xəstənin 83 faizi üç ay ərzində xərçəngdən azad olub və hələ də, uzunmüddətli məlumatlar gəlir.

Ancaq terapiya risksiz deyil. Bədəndə CAR-T hüceyrələrinin sürətlə yayılması həyat üçün təhlükəli Qudpasçer sindromuna gətirib çıxara bilər. Bu dərmanlar vasitəsi ilə nəzarətdə saxlanıla bilər.


Yeni era


Ancaq CAR-T texnologiyasının potensialı xərçəngin bir növünə aiddir.

«Fred Hutchinson» adlı Xərçəng Araşdırma Mərkəzində hüceyrə immunoterapiyasının tibbi müdiri, həkim Deyvid Maloni (David Maloney) FDA-nın qərarının «bir mərhələli» olduğunu söyləyib.

«Biz inanırıq ki, tezliklə müxtəlif növ xərçənglərin müalicəsi üçün çoxlu yeni immunoterapiya əsaslı müalicə üsulları olacaq», o əlavə edib.

CAR-T texnologiyası müxtəlif qan əsaslı xərçənglərə vəd verir. Buna baxmayaraq, o ağciyər xərçəngi və melanoma kimi "ağır şişlərə" qarşı mübarizə aparıb.

Kolumbiya Tibb Universitetinin pediatrik onkoloqu həkim Prakaş Satuaninin (Prakash Satwani) dediyinə görə, nəticələr kəskin limfoblastik leykozla müqayisədə o qədər də, möhtəşəm deyil.

O inanir ki, gələcəkdə texnologiya daha yaxşı olacaq.

İmmunitet sisteminin gücləndirilməsi artıq müasir xərçəngin müalicəsinin təməlidir.

İmmunitet sistemini «əyləclərdən çıxararaq» xərçəngə hücum etməyə şərait yaradan bir sıra dərmanlar artıq bütün dünyada qəbul olunub.

Bir addım önə gedən və immunitet sistemini yenidən təkmilləşdirən CAR-T texnologiyası hələ ki, çox daha erkən mərhələdədir.

Böyük Britaniyadakı Xərçəng Araşdırmaları xeyriyyə təşkilatının baş klinisti professor Peter Consonun (Peter Johnson) dediyinə görə, FDA tərəfindən təsdiqlənəcək ilk genetik olaraq dəyişdirilmiş hüceyrə terapiyası önə doğru maraqlı bir addımdır.

«Biz hələ onu təhlükəsiz şəkildə necə istifadə edəcəyimizi və nə kimi faydalar əldə edəcəyimizi öyrənməliyik, buna görə də, onun sadəcə bir addım olduğunu qəbul etmək lazımdır», o əlavə edib.


   

şərhləri göstər

DİQQƏT!

Əziz oxucular. Mövzudan kənar, müəllifin şəxsinə və təhqir sözlər olan şərhlər yolverilməzdir. Sadaladıqlarımızdan savayı bütün fikirləriniz bizim üçün dəyərlidir.

Hələlik rəy yoxdur.

Şərh əlavə etmək

* Daxil edilməsi vacibdir
(göstərilməyəcək)
 
Smile Sad Huh Laugh Mad Tongue Crying Grin Wink Scared Cool Sleep Blush Unsure Shocked
 
1000 ədəd
 
Yeni şərhlər barədə mənim email ünvanıma məlumat göndər.
 
Mənim blankımdakı məlumatları bu kompüterin yaddaşında saxla.
 
Mən şərtləri. oxuyub tanış olmuşam və qəbul edirəm *