vaxtlı-vaxtında oxuyun! Cümə, 29 mart 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Seyid Cəfər Pişəvəri (1892 - 1947)

«Ancaq topların ağzından açılan atəş haqq sözüdür»

Seyid Cəfər Pişəvəri (1892 - 1947)
GÜNDƏM  
15:59 | 31 avqust 2017 | Cümə axşamı Məqaləyə 2584 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

QRU-nun məqsədi nədir?

Ruslara işləyən alman siyasətçilərinin Qarabağ səfəri ətrafında qalmaqal

MÖVZU İLƏ ƏLAQƏLİ

Almaniyada radikal sağçı mövqeyə malik «Almaniya üçün alternativ» (AfD) partiyasından olan iki deputatın Azərbaycanın işğal altındakı ərazilərinə bu ilin fevralında etdiyi səfərə görə cinayət işi qaldırılıb. Virtualaz.org xəbər verir ki, bunu Azərbaycanın Berlindəki səfirliyinin mətbuat katibi Vüqar Qafarov «Schweriner Volkszeitung» qəzetinin əməkdaşına bildirib.

Səfirlik nümayəndəsi deyib ki, Azərbaycan hökuməti hazırda AfD-dən olan iki deputatın və üstəlik Tyuringiya bölgəsinin regional parlamentinin deputatlarının Dağlıq Qarabağa səfərlərini araşdırır. Hazırda onların Azərbaycana girişinə qadağa qoyulub. «Cinayət işi qaldırılıb və araşdırma gedir», - səfirlik nümayəndəsi deyib.

Söhbət AfD-dən olan avrodeputatlar Holger Arppa və Enrike Komninqin Azərbaycanın işğal altındakı ərazilərindəki qeyri-qanuni rejimin keçirdiyi «konstitusiya referendumunu» izləmək üçün səfərlərindən gedir. Azərbaycan səfirliyinin nümayəndəsi jurnalistə xatırladıb ki, Dağlıq Qarabağ Azərbaycan ərazisidir və bunu dünya ictimaiyyəti tanıyır. «Bu cür qanunsuz səfərlər Dağlıq Qarabağ münaqişəsinin dinc yolla nizamlanmasına kömək etmir. Bizim XİN bu qanunsuz səfərlə bağlı məsələyə cəlb olunub», - Qafarov deyib.

AfD deputatlarının Qarabağa qanunsuz səfərləri Almaniyada indi ona görə gündəmə gəlib ki, bu ölkənin əks-kəşfiyyat orqanları həmin partiyanın Rusiya kəşfiyyatı ilə əməkdaşlığını üzə çıxarıb. Alman əks-kəşfiyyatı bildirir ki, AfD Rusiyanın Qarabağ da daxil olmaqla keçmiş sovet respublikalarındakı separatçı rejimlərə beynəlxalq legitimlik donu geyindirməyə yönəlmiş siyasətinə xidmət edirlər. Belə ki, partiyanın nümayəndələri Rusiya kəşfiyyatının təşkilatçılığı ilə həmin separatçı bölgələrdə keçirilən «seçkiləri» izləyirlər və bu «seçkilərin» barəsində müsbət rəy verirlər.

Alman kəşfiyyatının bu açıqlamasından əvvəl də AfD-nin ruslarla əlaqələri barədə məlumatlar yayılıb. Bu ilin fevral ayında «Deutsche Welle» beynəlxalq yayımçısı millətçilərin lideri, «Almaniya üçün alternativ» (AfD) partiyasının həmsədri Frauke Petrinin Moskvada müəmmalı görüşlər keçirdiyini yazırdı.

F.Petrinin ofisi bu haqda xəbəri yaysa da, görüşlərə kimlərin qatıldığını və nədən danışıldığını açıqlamayıb, sadəcə, onun Moskvaya Rusiyayla Almaniyanın regional cəmiyyətləri arasında əməkdaşlığı müzakirə etməyə getdiyini bildirib. Məlumatda partiya liderinin səfər çərçivəsində Dövlət Dumanın spikeri Vyaçeslav Volodinlə və onun müavini Pyotr Tolstoyla görüşdüyü də qeyd olunub.

«Deutsche Welle» V.Volodinin Rusiya prezidenti Vladimir Putinin yaxın adamı, Rusiyanın ən nüfuzlu siyasətçilərindən biri olduğunu vurğulayır. Onun parlamenti idarə etdiyini, seçkiləri necə təşkil etdiyini ölkənin daxilində də, xaricdə də çoxları bilirlər. V.Volodin həmçinin, dövlət televiziyası olan «1-ci kanal»da tok-şou aparır və müxalifət onu proqramlarında yalan informasiya yaymaqda, Qərb və Ukrayna əleyhinə təbliğat aparmaqda suçlayır.

F.Petrinin ofisi görüşə Almaniyadan daha kimlərin qatıldığını açıqlamır. Amma Almaniyanın «dpa» agentliyinin əldə etdiyi məlumata görə, AfD-nin təşkilati, siyasi və maliyyə məsələlərini idarə edən komitəsinin sədri Julian Flak da F.Petri ilə birgə Moskvaya gedib. Bu da partiyanın Rusiyadan maliyyələşdirildiyi haqda şübhələrə yol açıb.

Sentyabr ayında Almaniya parlamentinə keçiriləcək seçkilər ərəfəsində AfD-nin ətrafında baş verənlər Rusiyanın bu seçkilərə müdaxilə edə biləcəyinə dair narahatlıqları artırıb. Doğrudur, AfD elə də populyar deyil, lakin son zamanlar kansler Merkelin miqrantlarla bağlı yumşaq siyasətindən narazı qalanların bir çoxu həmin partiyaya meyl edib. Ona görə də AfD-nin federal seçkilərdə əhəmiyyətli səs toplayacağı istisna edilmir.