vaxtlı-vaxtında oxuyun! Çərşənbə axşamı, 23 aprel 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Heydər Əliyev (1923 - 2003)

«Dünya ümumiyyətlə quruculuqla, tikib-yaratmaqla yaşayıb, inkişaf edib»

Heydər Əliyev (1923 - 2003)
OLAY  
20:24 | 31 avqust 2017 | Cümə axşamı Məqaləyə 2005 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

«Hazırda reanimassiyadadır»

Rafiq Hüseynovun həyat yoldaşı: «Avqustun 28-də əməliyyat olundu»

«Rafiq müəllim, o qədər də yaxşı deyil. Hal-hazırda reanimassiyadadır». Bunu Modern.az-a bir neçə gün bundan əvvəl Türkiyədə yenidən əməliyyat olunan Xalq artisti, tanınmış diktor Rafiq Hüseynovun həyat yoldaşı Səbinə Hüseynova bildirib.

Bir neçə ildir ki, onkoloji problemdən əziyyət çəkən diktor bağırsaq və ayaq nayihələrində də problem yaşayır. Elə sonuncu əməliyyat da bağırsağında aparılıb.

S.Hüseynova Xalq artistinin səhhətinin əməliyyatdan bir gün sonra pisləşdiyini bildirib: «Avqustun 28-də əməliyyat olundu. Bir gün sonra palataya köçürüldü. Amma 30 avqustun səhəri vəziyyəti o qədər də yaxşı olmadı. Ona görə də reanimassiyaya köçürdülər. Ümid edirik ki, yaxşı olacaq».