vaxtlı-vaxtında oxuyun! Cümə, 26 aprel 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Heydər Əliyev (1923 - 2003)

«Fikir müxtəlifliyi təbii hadisədir. Hamı bir boyda ola bilmədiyi kimi, eyni fikirdə də ola bilməz»

Heydər Əliyev (1923 - 2003)
GÜNDƏM  
20:30 | 31 avqust 2017 | Cümə axşamı Məqaləyə 2103 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

«Bundan sonra da qorunub saxlanacaq»

Mariya Zaxarova Hoqlandın Qarabağ bəyanatı haqda

MÖVZU İLƏ ƏLAQƏLİ

«Amerikalı həmsədr Riçard Hoqlandın bəyanatında heç bir yenilik yoxdur. Həmin fikirlərə Rusiya, ABŞ və Fransa prezidentləri Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı öz birgə bəyanatlarında dəfələrlə istinad ediblər».

Virtualaz.org-un məlumatına görə, bu sözləri keçirdiyi brifinqdə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova deyib.

«ABŞ-ın yeni həmsədr təyin etməsinə gəldikldə isə, biz hunu alqışlayırıq. Yenilənmiş tərkibdə ATƏT-in Minsk qrupu Qarabağ münaqişəsinin sülh yolu ilə nizamlanması istiqamətində səylərini davam etdirəcək. Ümid edirik ki, indiyə kimi olan komanda yanaşması bundan sonra da qorunub saxlanacaq», - deyə Rusiya XİN sözçüsü qeyd edib. 

Rusiya XİN-in sözçüsü Ermənistan tərəfinin Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttində keçirilən monitorinq zamanı atəşkəsin pozulması ilə bağlı yaydıqları məlumata da münasibət bildirib.

O qeyd edib ki, ekspertlər baş verən hadisəni öyrənməli və öz qiymətini verməlidir.

M. Zaxarova Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüşü barədə məlumatının olmadığını da söyləyib: «Bu barədə məlumat olan kimi, bildirəcəyik».

Erməni jurnalistin Dağlıq Qarabağın danışıqlar prosesinə tərəf kimi qoşulmasının mümkünlüyü ilə bağlı sualına isə Rusiya XİN sözçüsü belə cavab verib: «Siz bizim bu məsələ barədə ənənəvi mövqeyimizi bilirsiniz. Ona görə də, sizi bundan əvvəlki şərhlərimizə istiqamətləndirə bilərəm».