vaxtlı-vaxtında oxuyun! Cümə axşamı, 28 mart 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Heydər Əliyev (1923 - 2003)

«Vətənpərvərlik insanın daxilindəki duyğulardır. Əgər bunlar yoxdrusa, o insan mənəviyyatsızdır»

Heydər Əliyev (1923 - 2003)
AVROPA  
22:34 | 31 avqust 2017 | Cümə axşamı Məqaləyə 2286 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Şahzadə Diananın ölümündən 20 il ötür

Kral ailəsində rəsmi matəm mərasimi planlaşdırılmır

MÖVZU İLƏ ƏLAQƏLİ

Avqustun 31-i şahzadə Diananın avtomobil qəzasında həlak olmasının 20 ili tamam olur. Rəsmi versiyaya görə, Diananın getdiyi maşın həmin vaxt jurnalistlərdən yayınmaq istəyərkən Sena sahilindəki körpünün qarşısındakı tunelin divarlarına çırpılıb. İnsanlar, uzun müddət Diananın iqamətgahı olan Londondakı Kensinqton sarayına şam və çiçək dəstələri aparır.

Bundan əvvəl sarayı mərhum şahzadənin oğulları Uiliyam və Harri ziyarət ediblər.

Amma kral ailəsində bu münasibətlə rəsmi matəm mərasimi planlaşdırılmır.

Şahzadə Çarlsın birinci həyat yoldaşı Diana Spenser öz dövrünün rəmzinə çevirilmişdi.

O, xeyriyyə işləri ilə məşğul olur, AİDS xəstəliyi ilə fəal mübarizə aparırdı.

BBC-nin 2002-ci ildə keçirdiyi sorğuda şahzadə Diana 10 məşhur britaniyalının siyahısına düşüb.

1996-cı ildə şahzadə Çarlsdan ayrıldıqdan sonra Diana şahzadə kimi protokol öhtəliyindən imtina elədi, amma ictimaiyyət arasına çıxmaqda davam elədi.

Diana 1997-ci il avqustun 31-i Parisdə avtomobil qəzasında həlak olub.

Onun dəfn mərasimini canlı yayımla 2 milyard yarım adam izləyib.

Qəzanın səbəbləri barədə, ona sui-qəsd edilməsi də daxil olmaqla müxtəlif versiyalar səslənirdi.

2007-ci ildə istintaqın nəticələri ilə bağlı yekun qərar açıqlandı.

Qərara görə sürücü həmin vaxt sərxoş olub, Diana isə təhlükəsizlik kəmərini bağlamayıbmış.