vaxtlı-vaxtında oxuyun! Cümə, 22 sentyabr 2017
ABŞ dolları 1 USD = 1.7007 AZN
Avro 1 EUR = 2.0209 AZN
Rusiya rublu 1 RUB = 0.0292 AZN
İngilis funt sterlinqi 1 GBP = 2.2939 AZN
Türk lirəsi 1 TRY = 0.4853 AZN
Heydər Əliyev (1923 - 2003)

«Müstəqillik yolu qədər çətin yol yoxdur»

Heydər Əliyev (1923 - 2003)
TƏBİƏT, İQLİM, FƏLAKƏT  
22:56 | 31 avqust 2017 | Cümə axşamı Məqaləyə 460 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Quşlar Yer Kürəsinin maqnit sahələrini duyurmuş

Onların istiqamət qabiliyyətində «iybilmə rol oynayır»

MÖVZU İLƏ ƏLAQƏLİ

Onlar dəniz boyunca minlərlə kilometr məsafəyə yollarını itirmədən köç edirlər. Məsələn, arktik susüpürənlər yay aylarını Böyük Britaniyada keçirir, qış üçün isə, Antarktikaya uçur. Hər il eyni yerə gələn quşların buna necə nail olması hələ də tam məlum deyil. Yeni araşdırmaya əsasən, iybilmə okean üzərindən uzaq məsafələrə uçarkən istiqamət almaqda əsas rol oynayır.

Oksford, Barselona və Piza universitetlərindən olan tədqiqatçılar, dəniz quşlarının uçuşlarını izləməkdən əvvəl, onları müvəqqəti olaraq iybilmə qabiliyyətindən məhrum ediblər.

Məlum olub ki, yer üzərində normal istiqamət almağa qadir olan quşlar, dəniz üstündə bu qabiliyyəti itirir.

Bu onu göstərir ki, vizual işarə olmayanda, quşlar yollarını tapmaq üçün qoxu xəritəsindən faydalanır.

Əvvəlki sınaqlar göstərib ki, iybilmənin itirilməsi «yol tapma» qabiliyyətinə də ziyan vurur.

Ancaq, bəziləri duyğu məhrumiyyətinin qida axtarmaq kimi, digər funksiyalara da, ziyan vurub-vurmadığını sual atına alırdı.

«Bizim yeni tədqiqatımız bu maneələri aradan qaldırır, belə ki, gələcəkdə okean üzərindən uzun məsafəli köç vaxtı iybilmənin istiqamətlənmədə rol oynamadığını söyləmək çətin olacaq» - Oksford Universitetindən Zoologiya kafedrasının tədqiqatçısı Oliver Padget bildirir.

 

Maqnit kompas

 

Tədqiqatçılar Menorka sahillərindəki 30 tufan quşunu (Calonectris diomedea) müşahidə ediblər.

Onların yuvaları Aralıq dənizindədir. Amma bu quşlar Braziliyanın şərqi və Afrikanın qərb sahilləri də daxil olmaqla, cütləşmədikləri mövsümü Atlantikada keçirirlər.

Bəzi quşlar burun yollarına sink sulfat maddəsi yetirməklə iybilmə qabiliyyətindən məhrum edilib; başqa bir qrupdakı quşlar kiçik maqnitlər daşıyıb; üçüncü qrup isə, nəzarət qrupu olub.

Qayalıq sahillərdə yuva qurub kürt yatan quşların üzərinə kiçik GPS qurğuları bərkidilib. Daha sonra onlar izlənilib. İybilməni itirən quşlar Katalon sahillərinə və digər uzaq məsafələrə uçmağa müvəffəq olub.

Hərçənd ki, torpaq gözdən itən yerlərdə onların istiqamət seçməkdə çətinlikləri yaranıb.

Torpağa yaxınlaşdıqda isə, quşların istiqamət hissi yenidən yaxşılaşmışdı. Bu onu göstərir ki, heç bir görmə işarələri olmayanda quşlar qoxu xəritəsini istifadə edir.

Quşların istiqamət qabiliyyəti və uzun məsafələrə köçü uzun müddətdir ki, elmi maraq doğurub.

Düşünülür ki, bunda iybilmə qabiliyyəti və Yerin maqnit sahələrini duymaq əsas rol oynayır.

Bu tədqiqat «Scientific Reports» jurnalında çap olunub.


   

şərhləri göstər

DİQQƏT!

Əziz oxucular. Mövzudan kənar, müəllifin şəxsinə və təhqir sözlər olan şərhlər yolverilməzdir. Sadaladıqlarımızdan savayı bütün fikirləriniz bizim üçün dəyərlidir.

Hələlik rəy yoxdur.

Şərh əlavə etmək

* Daxil edilməsi vacibdir
(göstərilməyəcək)
 
Smile Sad Huh Laugh Mad Tongue Crying Grin Wink Scared Cool Sleep Blush Unsure Shocked
 
1000 ədəd
 
Yeni şərhlər barədə mənim email ünvanıma məlumat göndər.
 
Mənim blankımdakı məlumatları bu kompüterin yaddaşında saxla.
 
Mən şərtləri. oxuyub tanış olmuşam və qəbul edirəm *