vaxtlı-vaxtında oxuyun! Çərşənbə, 22 noyabr 2017
ABŞ dolları 1 USD = 1.7002 AZN
Avro 1 EUR = 1.9959 AZN
Rusiya rublu 1 RUB = 0.0287 AZN
İngilis funt sterlinqi 1 GBP = 2.2523 AZN
Türk lirəsi 1 TRY = 0.4327 AZN
Nəriman Nərimanov (1870 - 1925)

«Siz ata-babalarınızın müqəddəs yerlərinə o vaxt VƏTƏN deyə bilərsiniz ki, onun sahibi olasınız»

Nəriman Nərimanov (1870 - 1925)
BÖHRAN  
23:46 | 31 avqust 2017 | Cümə axşamı Məqaləyə 477 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

ABŞ San Fransiskodakı Rusiya konsulluğunu bağlayır

Sentyabrın 2-nə kimi vaxt verilib

MÖVZU İLƏ ƏLAQƏLİ

Amerika Birləşmiş Ştatlarının San Fransisko şəhərindəki Rusiya konsulluğunu bağlamaq qərarı iki ölkə arasında diplomatik «qisasa-qisas» qarşıdurmasını daha da şiddətləndirib.

Avqustun 31-də verdiyi bəyanatda ABŞ Dövlət Departamenti bildirib ki, San Fransiskodakı konsulluqdan başqa – Vaşinqton və Nyu Yorkda da Rusiya diplomatik missiyasına aid iki bina bağlanacaq.

Bəyanatda deyilir ki, ABŞ hökuməti «Rusiya tərəfinin yaratdığı paritet ruhunda» Rusiya hökumətinə onun San Frabnsiskodakı konsulluğunun, habelə Vaşinqtondakı dəftərxana binasının və Nyu York şəhərindəki konsulluğun köməkçi binasının bağlandığını bildirib.

Bu binaları boşaltmaq üçün Rusiya hökumətinə sentyabrın 2-nə kimi vaxt verilib.

Ötən ay Rusiya Birləşmiş Ştatlardan özünün diplomatik heyətini 455 nəfərədək ixtisar etməsini tələb etmişdi. Rusiya rəsmiləri bunu Konqres səsverməsindən keçmiş qərarla əlaqələndirmişdi.

ABŞ Dövlət Departamenti isə bəyan edir ki, Moskvanın həmin qərarı əsassız olub və iki ölkə arasındakı diplomatik münasibətlərə ciddi ziyan vurub.

San Fransiskodakı konsulluğun bağlanmasından sonra Rusiyanın ixtiyarında yalnız Vaşinqtondakı əsas səfirlik binası, habelə Nyu York, Sietl və Hyustondakı konsulluq postlarıqalır.

Dövlət Departamentinin bəyanatında deyilir: «Birləşmiş Ştatlar Rusiya Federasiyasının paritet istəyinə uyğun hərəkət etməklə ümid edir ki, hər iki tərəf gələcəkdə cavab hərəkətlərindən çəkinəcək və hər iki prezidentimizin elan olunmuş məqsədinə - iki ölkə arasında yaxşılaşmış münasibətlərə və hər iki tərəf üçün narahatlıq doğuran məsələlərdə artan əməkdaşlığa doğru addım atacaq».

Lakin sənəddə bu da qeyd olunur ki, Birləşmiş Ştatlar lazım gələrsə, gələcəkdə də müvafiq hərəkətlər etməyə hazırdır.

Dövlət Departamentinin bu bəyanatı açıqlanandan az sonra, avqustun 31-də Rusiya XİN bildirib ki, xarici işlər naziri Sergey Lavrov dövlət katibi Rex Tillersona zəng edib.

Lavrov «ikitərəfli münasibətlərdə, «bizim tərəfimizdən başlanmayan gərginliyin eskalasiyasından» təəssüfləndiyini və amerikalıların yeni tədbirlər barədə bəyanatının öyrənildiyini və mümkün cavab tədbirlərinin bildiriləcəyini» deyib.

Rusiya XİN bundan əvvəl də Rusiyanın ABŞ-dakı diplomatik heyətinin ixtisarı qərarı, xüsusilə də rusiyalılara qeyri-immiqrasiya vizalarının verilməsinin məhdudlaşdırılması ilə bağlı şikayətini bildirmişdi.


   

şərhləri göstər

DİQQƏT!

Əziz oxucular. Mövzudan kənar, müəllifin şəxsinə və təhqir sözlər olan şərhlər yolverilməzdir. Sadaladıqlarımızdan savayı bütün fikirləriniz bizim üçün dəyərlidir.

Hələlik rəy yoxdur.

Şərh əlavə etmək

* Daxil edilməsi vacibdir
(göstərilməyəcək)
 
Smile Sad Huh Laugh Mad Tongue Crying Grin Wink Scared Cool Sleep Blush Unsure Shocked
 
1000 ədəd
 
Yeni şərhlər barədə mənim email ünvanıma məlumat göndər.
 
Mənim blankımdakı məlumatları bu kompüterin yaddaşında saxla.
 
Mən şərtləri. oxuyub tanış olmuşam və qəbul edirəm *