vaxtlı-vaxtında oxuyun! Cümə, 29 mart 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Rauf Denktaş (1924 - 2012)

«Biz milli və mənəvi dəyərlərimizi qorursaq, o dəyərlər də bizi qoruyacaq»

Rauf Denktaş (1924 - 2012)
BÖHRAN  
23:50 | 31 avqust 2017 | Cümə axşamı Məqaləyə 2992 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

ABŞ sərt «qırğı»nı pərt etdi

Kremlin general rütbəli səfiri Vaşinqtonda təyyarədən enən kimi...

MÖVZU İLƏ ƏLAQƏLİ

ABŞ Dövlət Departamenti Rusiyaya qarşı diplomatik sanksiyaların sərtləşdirilməsinə dair yeni qərarını elan edib. Virtualaz.org xəbər verir ki, qərara əsasən Rusiya Nyu-York və Vaşinqtondakı konsulluqlarını, habelə San-Fransiskodakı baş konsulluğunu iki gün ərzində bağlamalıdır.

Bu qərar Rusiyanın ABŞ-a təyin edilmiş yeni səfiri, müdafiə nazirinin keçmiş müavini Anatoli Antonovun Vaşinqtona gedişi ilə eyni vaxtda açıqlanıb. Antonovun Vaşinqtonda təyyarədən enməsi ilə Dövlət Departamentinin Rusiya konsulluqlarını bağlamaq barədə qərarı praktiki olaraq eyni vaxtda açıqlanıb. General Antonov Qərbə qarşı sərt mövqeyi ilə tanınan «qırğılardan» hesab edilir və onun Vaşinqtondan geri çağırılan qalmaqallı diplomat Sergey Kislyakı əvəz etməsini analitiklər Kremlin ABŞ-la daha sərt davranmaq niyyəti kimi şərh etmişdilər.

Konsulluqların bağlanması barəəd qərarın açıqlanmasının ardınca dövlət katibi Reks Tillerson Rusiya xarici işlər naziri Sergey Lavrova zəng vurub. Telefon danışığı zamanı Lavrov ABŞ-la Rusiya arasında münasibətlərin daha da kəskinləşməsindən təəsüfləndiyini bildirib. Dövlət katibi bildirib ki, Lavrova xüsusi olaraq konsulluqların bağlanması barədə qərarı çatdırmaq üçün zəng vurub. Rusiya xarici işlər naziri isə qərarın diqqətlə öyrəniləcəyini və cavab addımlarının bundan sonra açıqlanacağını deyib.

Xatırladaq ki, Rusiya ABŞ-ın Moskvadakı səfirliyinin personalıın 750 nəfər ixtisar edilməsi tələbini qoyub. Nəticədə Rusiyadakı bir sıra ABŞ konsulluqları viza verilməsini dayandırıb. Dövlət Departamenti bundan əvvəl qərar vermişdi ki, Rusiya vətəndaşlarına vizanı ancaq Moskvadakı səfirlik verəcək və üstəlik vizaya görə aylar əvvəl müraciət etmək lazımdır.