vaxtlı-vaxtında oxuyun! Çərşənbə, 24 aprel 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Barış Manço (1943 - 1999)

«İnsanlar hər zaman qəhrəman ola bilməzlər, ama hər zaman insan ola bilərlər»

Barış Manço (1943 - 1999)
AKTUAL  
11:36 | 1 sentyabr 2017 | Cümə Məqaləyə 2254 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

«Mən təşkilatçılıq görmürəm»

Yunus Şamili: «Kollektiv fikir daha bişmiş və daha demokratik bir formada bəyan edirlər»

MÖVZU İLƏ ƏLAQƏLİ

MÖVZUYA AİD VİDEO

  • «Bir avtoritet ortaya çıxarar»

«Təşkilatların inkişaf etməsi və genişlənməsi üçün fəaliyyətləri dəfedici deyil, cəzbedici formada olmalıdır,» deyə Yunus Şamili İran Azərbaycanında cərəyan edən milli hərəkata mənsub təşkilatların istifadə etdiyi ədəbiyyatı tənqid edir. Amerikanın Səsinə danışan siyasi şərhçinin fikrincə, təşkilatlar cəzbedici bir görünüş sərgiləmək üçün kollektiv düşüncə əsasında hərəkət etməlidirlər.

Yunus Şamili keçmişdən bəri güney təşkilatları və qrupları arasında sərt və aqressiv münaqişələrin göründüyünü qeyd edir:

«Bu növ təhqiredici, aşağılayıcı, bir-birinə çamur atma və qaralama tərzində davranışlar keçmişdə də Azərbaycan təşkilatları habelə fərdlər arasında olub. Bunun birinci səbəbini ictimai problemlərə bağlamaq olar. Toplumda demokratik adət-ənənəsinin olmamasına...»

Şamili bu növ münaqişələrin, təşkilatlar arasında ortaya çıxmış kimi görünsələr də, ümumiyyətlə kollektiv düşüncənin məhsulu olmadığını vurğulayır.

«Biz bunun adını təşkilatlar arasında münaqişə qoyuruq, amma baxanda görürük ki, bu fərdlər arasında keçir. Çünki təşkilat dediyimiz bir kollektiv ağıl əsasında əməl edər. Kollektiv ağıl deyəndə, yəni bir təşkilatın lideri ya rəhbərləri heç zaman şəxsi hislərini və fikirlərini bu tərzdə ifadə edə bilməzlər. Kollektiv fikir daha bişmiş və daha demokratik bir formada bəyan edirlər. Elə bir formada ki, ümumən cəzbedici olsun,» deyə İsveçdə yaşayan siyasi şərhçi bəyan edir.

O, əlavə edir, «inkişaf etmiş bir təşkilatda həm kollektiv ağıl var həm də təşkilat ümumən toplum içində yayılıb və onun rəhbərləri toplumun ümumi düşüncəsini modern və mədəni şəkildə bəyan edirlər. Elə ki, o təşkilatı cəzbedici etsinlər. Amma biz burada baxırıq ki, bizim təşkilatlarda ümumiyyətlə dəfedici bir davranış vardır. Bu nə mədəni və modern təşkilata, nə də mədəni və modern insana yaraşır».

Yunus Şamili deyir, «Güney Azərbaycanda gedən hərəkatda təşkilatçılıq o qədər inkişaf etməmiş ki, təşkilatlar genişlənsin və üzvləri çoxalsın. Üzvlərin sayının çoxalması təşkilatda müəyyən normaların yerinə yetirilməsini təmin edər, bir avtoritet ortaya çıxarar və onun əsasında bir ədəbiyyat yaranar. Mən belə bir təşkilatçılıq görmürəm».

Siyasi şərhçi aralarında sərt və aqressiv münaqişələrin getdiyi təşkilatların adətən düşüncə baxımından bir-birlərinə yaxın qruplar olduğunu irəli sürür.

«Diqqət edəndə, bu gün və ya keçmişdə qarşı-qarşıya duran və bir-birinə qarşı təxribat aparan təşkilatlarda proqram ya hədəf fərqliliyi olmur... Ona görə, çox yerdə görürük ki, məsələ hədəflər ya ideoloji düşüncə fərqi deyil. Çox yerdə bu baxımdan yaxın olurlar».