vaxtlı-vaxtında oxuyun! Cümə, 19 aprel 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Heydər Əliyev (1923 - 2003)

«Müstəqillik yolu qədər çətin yol yoxdur»

Heydər Əliyev (1923 - 2003)
ƏDƏBİYYAT  
13:30 | 1 sentyabr 2017 | Cümə Məqaləyə 2848 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

«Onsuz da tapa bilməyəcəklər»

Tanınmış şair «Xalq şairi» müsabiəqsinə etalon saydığı şeiri göndərdi

MÖVZU İLƏ ƏLAQƏLİ

Azərbaycan tanınmış şairi, usta qələm Salam Sarvan son günlər ədəbiyyat gündəmindən düşməyən «Xalq şairi» müsabiqəsinin münsiflərinə seçim üçün etalon saydığı şeiri göndərdi. S.Sarvan sosial şəbəkədəki səhifəsindən adıçəkilən yarışmanın jürisinə müraciət edib: «Rəşad Nağı Mustafanın bu şeirini çatdırın o müsabiqədəki münsiflərə. Ki, orada oxunacaq şeirləri məhz bununla müqayisə eləyib dəyərləndirmə aparsınlar. Sonrasa üzüsulu evin açarını göndərsinlər bu gəncə. Çün məncə, nə o müsabiqədə, nə də onun həndəvərində belə talantlı şeir tapa bilməyəcəklər onsuz da.

Yenə sizin küçəni qarış-qarış gəzmişəm,

Deməli 13 ağac, 6 işıq dirəyi, bir neçə yiyəsiz it.

Ağaca söykənmişəm, işığa göz dikirəm, itlərlə danışıram.

Səni unutmaq üçün bundan yaxşı şərait?

Küçənizin başında bir məscid də var hələ,

Azanı eşidəndə dilimin altda bir az

zümzümə eləyirəm

Bu sirli çağırışı uşaqların dilinə

tərcümə eləyirəm...

Ax bu yeniyetmələr!!!

Ax bu yeniyetmələr!!!

Məscidin hasarında

«Günel, səni sevirəm»

«Günel, məni bağışla»

«Günel, çox darıxmışam»

qırmızı, ağ yazılar...

Quşlar divardan məktub götürə bilmir axı,

Alın yazılarını bura nahaq yazırlar...

Görəsən minarədən

özümü yerə atsam

mənə günah yazılar?

İstəyirəm qışqırım küçənin ortasında:

«Günel, o səni sevir»

«Günel, onu bağışla»

«Günel, o çox darıxıb»

Səni görsəm qorxuram Günel deyim karıxıb.

Hava da ki çox isti, ürəyim də sıxılır,

Eh bu darıxmaq da ki, yığıb məni boğaza.

Siqaret də qutarıb,

Tərsliyə bax mən çəkən siqaretdən də satmır küçədəki mağaza.

Məndən 5-6 ağac o tərəfdə bir nəfər

bir ağaca söykənib, işığa gözün dikib,

itlər ilə danışır.

Dərindən nəfəs alır

Deyəsən o Günel də sizin küçədə qalır...»