vaxtlı-vaxtında oxuyun! Şənbə, 20 aprel 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Şah İsmayıl Xətai (1487 - 1524)

«Söz vardır kəsdirir başı,
Söz vardır kəsər savaşı»

Şah İsmayıl Xətai (1487 - 1524)
REGİON  
14:18 | 1 sentyabr 2017 | Cümə Məqaləyə 1971 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Ayrı-seçkiliyin beləsi görülmədi

İranda farsca «qəliz ləhcələri olanlar» və «sonsuz qadınlar» müəllimliyə alınmayacaq

MÖVZU İLƏ ƏLAQƏLİ

İranın Təlim və Tərbiyə Nazirliyi bundan sonra müəyyən şərtlərə uyğun olmayan vətəndaşları müəllimlik işinə qəbul etməyəcək. Yeni nizamlamaya görə, «farscada qəliz ləhcələri olanlar» ibtidai məktəb müəllimi, sonsuz qadınlar isə ümumiyyətlə müəllim ola bilməyəcəklər.

Təlim və Tərbiyə Nazirliyi müəyyən xəstəlikləri olan vətəndaşların müəllimlik vəzifəsi üçün müraciətinin rədd ediləcəyini açıqlayıb.

Nazirliyin açıqladığı «xəstəliklər siyahısını» yarı-rəsmi Fars xəbər agentliyi dərc edib.

Boyun hündürlüyü, dişlərin sayı, eşitmə və görmə qabiliyyəti, qan təzyiqi və ürək xəstəliklərindən tutmuş qadın xəstəlikləri və ləhcə problemlərinə qədər bir çox halların diqqətə alındığı siyahıda müəllimlik vəzifəsi tələb edən minimum şərtlər və meyarlara yer verilib.

«Qadın xəstəlikləri» qismində sonsuzluq, «erkən və ya gecikmiş yetkinlik» və ‘uterus xəstəlikləri’ kimi problemlər yaşayanların müəllimliyə alınmayacağı qeyd edilib.

Danışma problemi yaşayan ya farscada ləhcələri olan vətəndaşların isə ibtidai məktəblər və fars dili və ədəbiyyatı dərsləri qismində müəllim ola bilməyəckləri bildirilib.

«Ç, G, J və Q kimi fars hərflərinin tələffüzünə mane olan və dəyişilməsi mümkün olmayan qəliz ləhcələri olanların ibtidai məktəb müəllimi, habelə fars dil və ədəbiyyatı müəllimi olması yasaqdır,» deyə Təlim və Tərbiyə Nazirliyinin yeni nizamlamasında dərc edilib.

İranda yaşayan etnik cəmiyyətlər arasında siyahıda qeyd edilən hərfləri farslardan fərqli tələffüz edənlər əsasən türklərdən və ərəblərdən ibarətdir.